19.02.2014. - "General Əli Nağıyev xəsarət almayıb, yalandır!"

19.02.2014. -  "General Əli Nağıyev xəsarət almayıb, yalandır!""Bir sıra mətbuat orqanlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini olan general-mayor Əli Nağıyevin Şahdağ Qış-Yay Turizm Kompleksində dincələrkən xəsarət alması və bu səbəbdən də evdə müalicə alması barədə yayılan informasiyalar əsassızdır və həqiqətə uyğun deyil".

AzerTaym.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir. Baş Prokurorluq bu məlumatı KİV haqqında qanunun pozuntusu, vəzifəli şəxsin işgüzar nüfuzuna xələl gətirilməsi və ictimai rəyi çaşdırmaq məqsədi kimi qiymətləndirir.

Baş Prokurorluq xatırladır ki, yalan və böhtan xarakterli məlumatların yayılmasına görə KİV orqanı rəhbəri cinayət və digər məsuliyyət daşıyır
.


Baş Prokurorluq bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciət etmək niyyətindədir.






Fikirlər