TVİTTER 330 MİLYON İSTİFADƏÇİYƏ PAROLU DƏYİŞMƏYİ məsləhət görür
Tvitter sosial şəbəkəsi istifadəçi parollarının səhvən qorunmayan fayla köçürülməsi səbəbindən müraciət yayıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, şirkət baş vermiş texniki problem səbəbindən parolların hər kəs tərəfindən görülə bilən qovluqlara yükləndiyini bildirib. Bu səbəbdən 330 milyon istifadəçiyə parolları dəyişmək məsləhət görülüb. Tvitterin CEO-su Cek Dorsi "Parolların oğurlanması ilə bağlı hər hansı məlumat yoxdur. Amma yenə də istifadəçilərə parollarını dəyişməyi məsləhət görürük" deyib. Şəbəkədən neçə hesabın bu problemlə üzləşə biləcəyi açıqlanmasa da, "Röyters" agentliyinə danışan məsul şəxslər bu rəqəmin çox böyük olduğunu bildiriblər.