Türkiyə səfirliyində 15 iyul hadisələrinin il dönümü ilə bağlı anım tədbiri KEÇİRİLDİ.

Türkiyənin Bakıdakı səfirliyində ötən il qardaş ölkədə baş verən 15 iyul dövlət çevrilişinin il dönümü ilə bağlı mətbuat konfransı keçirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək, ilk növbədə Ermənistan ordusunun hücumu nəticəsində Füzuli rayonunda dünyasını dəyişənlərin ailələrinə baş sağlığı verib, ermənilərin xain hücumu lənətləyib.

Daha sonra səfir, 15 iyulda Türkiyədə baş verən hərbi çevrilişdən bəhs edərək, bildirdi ki, ötən il gerçəkləşən xain çevriliş bu günə qədər Türkiyəyə qarşı baş verən ən böyük hadisələrdən, ən böyük xəyanətlərdən biri oldu: “Həmin gecə 240 vətəndaşımız şəhid oldu. O gecə qiyamçıların göstərdiyi vəhşiliyin dünyada tayı-bənzəri yox idi. Onların etdiyi xəyanətin də dünyada bənzəri olmayıb. Türkiyə bu xain dəsftə ilə uzun müddəti idi mübarizədə idi. “Darbe”çilər özlərinə qarşı olan mübarizəni önləmək üçün Türkiyənin bir çox dövlət qurumlarının binalarını həmin gecə bombalamaqdan çəkinmədilər”.

Səfir Erkan Özoral həmin xainlərin insanlıqdan və vicdandan kənar davranışlarından danışaraq, onları Fətullah Gülənin əmrlərini düşüncəsizcə icra edən robot adlandırdı: “Video görüntülərindən də görünür ki, onlar heç bir şəkildə insanlıq və vicdan barədə düşnməyiblər, sadəcə Pensilvaniyadakı rəhbərlərindən aldıqları əmrləri yerinə yetirən bir robot olublar. O gecə 240 vətəndaşımız şəhid oldu, 2000 nəfərdən çox vətəndaşımız yaralandı”.

Səfirin sözlərinə görə, 15 iyul Tükriyə demokratiyası üçün bir sınaq oldu və ölkəsi bu sınaqdan uğurla çıxdı: “Türk xalqı dövlət başçısının arxasında tək ürək, tək bədən oldular. Həyatları bahasına demokratiyanı qorudular, müdafiə etdilər. Bundan sonra da həmin müdafiə davam etdi, çox fərqli siyasi görüşdən olan vətəndaşlar bir araya gəldilər və dövlətlərini qorumaq üçün əllərindən gələn fədakarlığı etdilər, tankların qarşısına yataraq dövlətlərini qoruymağa çalışdılar. Türk milləti bu sınağı uğurla keçdi. Dövlət çevrilişində günahkar bilinən 130 min nəfər göz altına alındı, 45 min nəfər həbs olundu”. 
Səfir çıxışının ardından media mənsublarının suallarını cavablandırdı.

 






Fikirlər