AFFA-nın U-19 liqasının iki oyununun qumara qoyulması haqda verilən məlumatı fevralın 20-də diqqətinizə çatdırmışdıq. Həmin matçlar haqda yeni informasiyalar almışıq.
Belə ki, fevralın 9-da keçirilən “Zirə” – “Neftçi” İK İB (5:1) görüşünü “qara bazar”ın 5 nümayəndəsi stadiondan canlı izləyib və iki kontor bu oyunlara pul qoyuluşu qəbul edib. “10bet” və “Sbobet” kontorlarında “Zirə”nin matçın birinci hissəsini 1:0 hesablı qələbəylə yekunlaşdıracağını proqnozlaşdıran onlarla adamın pul qazanması faktdı. Bu görüşə ən böyük pul qoyuluşu isə 50 min olub.
Yeri gəlmişkən, U-19 liqasının oyunlarını xarici saytlar üçün lentə alan qrupun əməkdaşları (işlərini itirməkdən ehtiyat etdikləri üçün adlarının açıqlanmasını istəmirlər) sözügedən matçın ikinci yarısına pul qoyuluşunun dayandırıldığını təsdiqləyib.