“AĞ CANAVAR”IN parlaq həyatı: “Erməniləri QARABAĞDAN QOVMALIYIQ”

 bayraq

Azərbaycana beynəlxalq arenada parlaq zəfərlər qazandıran idmançı. O, həm peşəkar, həm də insani keyfiyyətləri ilə seçilir.

15 qat Azərbaycan, dəfərlərlə Asiya və Avrasiya, 7 dəfə Avropa, 22 dəfə Dünya çempionu (IKBO, WAKO, World Profi və IAKSA), əməkdar idman ustası, əməkdar məşqçi.

Prezident İlham Əliyev çempionu xidmətinə görə “Vətən uğrunda” medalı ilə təltif edib.

Söhbət “Ağ Canavar” ləqəbli Eduard Məmmədovdan gedir.

38 yaşlı çempion hazırda Daxili İşlər Nazirliyində çalışır, polis polkovnik-leytenantıdır.

Supersport.Az-a müsahibəsində “Ağ Canavar”, parlaq həyatına nəzər salıb, zəfərlərin sirrini açıqlayıb.

KRİMİNAL ZONADAN NÜMUNƏVİ İDMANÇI

meshq

“Anam uşaqlıqdan mənim idmançı yox, diplomat, həkim, professor olmağımı istəyirdi. İdmanı seçməyimi istəmirdi, çünki deyirdi ki, idmançının günü məşqdə keçir, çox əziyyət çəkir. Mənim isə həvəsim idmana idi. Atamı itirdiyimdən anam böyüdüb məni. Mənim yaşadığım yer – Yasamal kriminal zona sayılırdı. Ona görə anamın diqqəti həmişə mənim üzərimdə olurdu.
Uşaqlıqda əsəbi və zəif olsam da, idmanla məşğuliyyət onları yox elədi. Həyətdə həmişə uşaqlar mənimlə zarafat edir, deyirdilər ki, boş-boş gedirsən idmana. Lakin çox çalışmaqla bu fikirlərin üstündən xətt çəkdim. 
Mən ilk dəfə üzgüçülük, sonra karate ilə məşğul olmuşam. Bir şeyi dərk etdim ki, mən cəldəm və məhz kikboksinqi seçməliyəm. 1993-cü ildə Çingiz Eyvazovla tanış oldum. “Gəl məşqlərə, səni çempion edəcəm” deyirdi. İndiyə qədər mənim müəllimim əməkdar məşqçi Çingiz Eyvazovun uğurlarımda böyük zəhməti olub.
O vaxtlar döyüş filmləri də təzə çıxmışdı. Brus Li və Van Dammın kinolarını daha çox izləyirdim. Hər dəfə məşqə getməmişdən filmlərə baxır, nələrisə öyrənir, öz üzərimdə işləyirdim. Çünki uşaqlığım əziyyətlə keçib. Məşqə getməyə yolpulum olmurdu, ancaq piyada nə qədər məsafə qət edirdim. Deməyim odur ki, heç nəyi bəhanə etmədən çalışmışam, əziyyət çəkmişəm. Kikboksinq mənim həyatımın bir hissəsidir. Lovğalıq olmasın, bu idman növündə dünyada ən güclü mənəm.
Həmişə çempion olduqdan sonra anama zəng eləyirəm. Deyirəm ki, biz qalib olduq, səni təbrik edirəm.
İndi bizdə kifayət qədər güclü idmançılar var. Peşəkarlardan Zabit Səmədovla Pərviz Abdullayevi fərqləndirərdim. 
Mən yeganə idmançıyam kikboksun 3 növündə vuruşuram: lou-kik kontakt, K1 kontakt, full kontakt. 
Hər üçündə dünya çempionu olmuşam”.

“AĞ CANAVAR”

Çempiona “Ağ Canavar” ləqəbini əməkdar məşqçi Çingiz Eyvazov verib.

“Qələbələr qazandıqca özümə inam artırdı və gücümü hiss edirdim. O zamanlar Çingiz müəllim mənə “Ag Canavar” deyirdi. Yadıma gəlir 2002-ci ildə “ANS Kuboku”nda güclülərin güclüsü yarışı oldu və mən özümdən 3 kq yuxarı çəkidə idmançılarla vuruşdum. Tanınmış dünya çempionu Etibar Məmmədov, finalda Araz Musayevi məğlub etdim və orda ləqəblər qoyurdular, biri Qara Bəbir, biri Terminator və həmin yarışda Çingiz müəllim dedi: Ağ Canavarın vaxtı çatıb, sən indi gücünü göstərməlisən. Nəyə görə ağ? Çingiz müəllim dedi ki, canavarın müxtəlif növləri var, amma ağ canavar onların içində ən ağıllı və soyuqqanlısıdır. Mən də öz gücümü göstərdim və kuboku qazandım və ondan sonra neçə-neçə yarışlara qatıldım, mənə canavar kimi döyüşürsən deyirdilər.
Bundan sonra mənim idman paltarlarımın üstündə “Ağ Canavar” – “White Wolf” yazılırdı”.

GÜLƏ-GÜLƏ ÇEMPİONLUQ

medal

Adətən idmançılar yarışlara çox ciddi simada, həyəcanlı çıxırlar. Lakin Eduard Məmmədov rinqə gülə-gülə çıxır.

“Hər yarışa ciddi yanaşıram və bütün gücümü ortaya qoyuram ki, rinqi qalib kimi tərk edim. Çempionluqda məqsəd ən çox bayrağımız xarici arenalarda dalğalanması və himnimizin səsləndirilməsinə nail olmaqdır. Bu, mənim üçün böyük şərəfdir. Ona görə yarışlara hazırlaşanda çox ciddi oluram. Deyərdim ki, mənim xüsusi bir taktikam var və ondan istifadə edirəm. İdmançılar var hansı ki, rinqdə səni gözləri ilə, baxışları ilə qorxutmağa çalışır. Mən əksinə olaraq gülə-gülə çıxıram ki, səndə heç nə alınmayacaq, üstünəm, qailib mən olacağam və deyərdim ki, ilk olaraq psixoloji qələbə qazanıram. Hər bir döyüşçüyə başqa cür yanaşmalısan, mən hər yarış öncəsi öz üzərimdə işləyirəm. Çingiz müəllimlə yeni taktikalar axtarırıq və öyrənirik. Bir yarışı udmaq olar, amma dəfələrlə eyni nailiyyətləri qazanmaq və əldə saxlamaq elə də asan deyil. Çünki, Dünya və Avropa çempionatlarında hər bir idmançı sənə qarşı hazırlaşır. Ona görə də mən hər yarışa yeni taktika ilə çıxıram. Yarış öncəsi rəqib idmançısını araşdırıb, bütün zəif cəhətlərini öyrənirəm”.

UNİVERSAL İDMANÇI

Çempionların əksəriyyəti sadəcə idmanla məşğul olmağa üstünlük verirlər. Eduard Məmmədov isə 3 ali məktəb bitirib. Baxmayaraq ki, həm təhsil almaq, həm də idmanla məşğul olmaq çox çətindir:

“Oxumaq həvəsi məndə uşaqlıqdan olub. Məktəbi bitirdikdən sonra özümə borc bildim ki, əsgər gedim. Çünki, həmin vaxtlar müstəqilliyimizi yeni əldə etmişdik, buna baxmayaraq indi də olduğu kimi müharibə şəraiti idi və mənə hərbi xidməti Hərbi Ordu İdman Klubunda keçirməyimi istədilər. 1996-1999-cu illər ərzində xidmətimlə yanaşı dəfələrlə yarışlara qatıldım və bayrağımızı dalğalandırdım. Əsgərliyi bitirdikdən sonra 1999-cu ildə İdman Akademiyasına daxil oldum. 2004-cü ildə Polis Akademiyasına daxil olub, 4 il müddətinə uğurla bitirdim. 2009-cu ildə Polis Akademiyası nəzdində İdarəetmə və İxtisasartırma fakültəsinə daxil oldum. Deyərdim ki, oxumağa daha çox vaxt ayırdım, çünki bilirdim ki, rinqdə də mənə daha çox ağıl lazım olacaq”.

15 SANİYƏYƏ ERMƏNİNİ PARÇALAYAN CANAVAR

nokaut

“Ağ Canavar” erməniləri rinqdə “parça-parça” edib. Karyerası ərzində düşmən ölkənin idmançılarına dərs verib, onları nokautla yerə sərib.

“Mən dəfələrlə erməni idmançıları ilə döyüşmüşəm və vaxtından əvvəl onları udmuşam. Bir stimulum olub: mən həmişə deyirdim ki, biz idmançılar öz gücümüzü ancaq rinqdə göstəririk. Bunu da qeyd edim ki, adətən rinqə gülərək çıxdığım halda erməni rəqiblərimlə olan döyüşlərə çox ciddi simada çıxıram. Döyüşdən öncə əmin oluram ki, artıq onu udacam. Bu, o demək deyil ki, özümdən arxayınam, yox! Yaxşı bildiyim bir həqiqət var ki, onlar bizdən həm psixoloji, həm də fiziki cəhətdən qat-qat zəifdirlər. Yaxşı yadıma gəlir 2000-ci ildə erməni idmançısını 15 saniyəyə uddum. Ona ağır zərbə vurdum və o yerə oturdu, erməni məşqçisi təkid ilə idmançıya qalx vuruş dedi. Lakin erməni rəqibim əli ilə özün gəl döyüş dedi. Baxın görün bu nə deməkdir, görün onlar hansı vəziyyətə düşüblər ki, idmançı öz məşqçisinə bacarırsan özün gəl vuruş deyir.
Mənim Rusiya yığmasının erməni əsilli kapitanı Zurab Faroyanla prinsipial döyüşüm də yaddaqalan olub. Gərgin keçən mübarizədə qələbə qazandım və bu, böyük uğurlarımdan biridir. Faroyan çox pis olmuşdu və bundan sonra idmandan uzaqlaşdı.

“MƏN HƏLƏ DƏ ÖYRƏNİRƏM”

Eduard dünyada ən titullu kikboksçudur. Buna baxmayaraq, hər bir rəqibinə hörmətlə yanaşır.

“Heç vaxt demərəm ki, mənə rəqib yoxdur. Sadəcə mən heç bir idmancıya qarşı hazırlaşmıram və hələ də öyrənirəm. Rəqiblərim mənə qarşı xüsusi hazırlaşır. Buna görə də hər biri mənim üçün rəqibdir”. 
Kikboksda döyüşlər gərgin keçir, ağır zədələr olur. 2007-ci ildə dünya çempionatında 3-cü raundda əlim sınsa da, bir əl və ayaqlarımın köməyi ilə yarışı qalib kimi başa vurdum. İki dəfə çənəm, burnum qırılsa belə, idmandan ayrılmamışam”.

VƏTƏNPƏRVƏR ULDUZ

medal2

Eduard Məmmədov yarışlara həm döyüşçü, həm də məşqçi kimi gedir. 1997-ci ildə Azərbaycan Respublikasının idman ustası, 1999-cu ildə beynəlxalq, 2003-də əməkdan idman ustası, 2013-cü ildə isə əməkdar məşqçisi adına layiq görülüb.

“İdmandan ayrılmağı düşünürsünüzmü” sualına belə cavab verib, 38 yaşlı çempion:

“(Gülür). Bu sualı mənə tez-tez verirlər cavabım həmişə eyni olub. Yaşımın çox olmasına baxmayaraq özümdə döyüşmək ruhunu hiss edirəm. İdmandan getməyi hələ düşünmürəm. Nə qədər ki, o ruhu hiss edirəm üçrəngli bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək üçün bütün varlığımı sərf edəcəyəm.
Çingiz müəllimdən öyrəndiklərimi gənc nəsilə öyrədirəm. Xatırladım ki, tələbələrim arasında dəfələrlə Avropa və Dünya çempionu adını qazanan idmançılar var. Düzünə qalsa çox çətindir: eyni yarışda ayrı- ayrı rinqlərdə həm özüm, həm də tələbələrim vuruşub. Ağlım qalıb onların yanında: fasilələrdə qışqırıb fılan zərbəni vur, filan taktikadan istifadə elə deyirdim.
Başqa ölkələrdən təkliflər olsa belə, vətənpərvərlik ulduz idmançını burada saxlayıb.
“Belə təkliflər çox olub. Ancaq mən hər zaman Vətən üçün vuruşub üç rəngli bayrağımızı dalğalandıracağımı demişəm”.

SADƏLİK BAŞ TACI

Bir sıra idmancılar var ki, parlayan kimi ulduz xəstəliyinə tutulur. Bizim çempion isə nə qədər məşhur olsa da sadəliyi ilə seçilir, bunu baş tacı hesab edir.
“Mən sadəliyi, mehribançılığı və düzlüyü sevirəm. İnsanın təvazökarlığı özündən asılıdır. Sadəlik insanın ailəsindən irəli gəlir. Mən sadəliyi həm ailəmdən, həm də məşqçimdən öyrənmişəm. İnsan nə qədər sadədirsə vaxt keçdikcə onun bu xüsusiyyəti dəyişməyəcək. İnsanın sadəliyi onun gözəlliyidir”.

İKİ DƏFƏ İLİN ƏN YAXŞISI

3

2

Çempionlar çempionunun zəhməti hədər getməyib, əməyi ən yüksək səviyyədə qiymətləndirilib.

Hörmətli, cənab prezident İlham Əliyev biz idmançılara yetərincə diqqət və qayğı göstərir. Bizlərin xarici arenalarda bayrağımızı yüksəltməyimiz üçün gözəl şəraitlər yaradır. Bu qədər olimpiya kompleksləri tikilib. Əbəs yerə deyil ki, cənab prezident hər zaman “idmançılar mənim qardaşımdır, dostlarımdır” ifadəsini vurğulayır. 
Gənclər və İdman Nazirliyi 2009-2014-cü illərdə məni ilin ən yaxşı idmançısı seçib. İdmançılara öz diqqət və qayğılarını əsirgəmədikləri üçün gənclər və idman naziri Azad Rəhimova minnətdarlığımı bildirirəm. Bundan əlavə Azərbaycan Kikboksinq Federasiyası prezidenti, millət vəkili Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov, baş məşqçi Elşən Abdürrəhmanova kikboksun ölkəmizdə sürətlə inkişafına görə dərin təşəkkürümü bildirirəm”.

“QARABAĞDA ERMƏNİLƏRİ MƏHV ETMƏLİYİK”

senger

10 ildir ki, məşqçi kimi fəaliyyət göstərən çempion əməkdar məşqçi adını almağında yetrimələrinin böyük rolu olduğunu qeyd edib:

“Onlar sırasında Avropa və dünya çempionları var. WAKO-da ən güclü idmançılardan Anar Məmmədov, Qiyas Şahverdiyev, Zaur Orucov, Aydın Vəliyevi qeyd edə bilərəm. 
Yetirmələrimə deyirəm ki, küçədə dava etmək olmaz öz gücünüzü rinqdə göstərməlisiniz. Tələbələrim sırasında orduda komandir olanlar da var. Sabah döyüş başlasa, Qarabağda erməniləri məhv etməliyik, qovmalıyıq. 
Ermənilər həyatda olduğu kimi, rinqdə də çirkin əməllərlə məşğul olurlar. Buna görə onlara qarşı o qədər nifrət oyanıb ki, düşməni döyüşlərdə əzmək, sındırmaq üçün vuruşuruq.

Bu günlərdə Ukraynada keçirilən yarışda ermənilər özlərini tərbiyəsiz apardığından kunqfuçularımız onları yaxşı əzişdirdilər. Baş məşqçi Ramin Allahverdiyev olmaqla hamısı ilə fəxr edirəm.

Bir müddət əvvəl Buxarestdə keçirilən Avropa çempionatına həm idmançı, həm də məşqçi kimi qatıldım, 7-ci dəfə çempion oldum. Hər yarışda bir amalımız var: Bayrağmızın ucalması və himnimizin səsləndiliməsinə nail olmaq. Avropa çempionatında Ümid Ağayev, Timur Abbasov, Zaur Orucov, Amin Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ən texnikalı idmançı seçilən Ümidə Avropa kəməri təqdim olundu. Çox sevinirəm, yetirmələrimin uğuru mənim nailiyyətimdir.

CANAVARIN DOSTU DA VAR

ovladÇox istərdim ki, övladlarım idmançı olsunlar. Oğlumun adı Rauldur, mənası canavarın dostu deməkdir. Həm oğlum, həm də qızım azyaşlı olsa da, indidən idmanla məşğul olur”.

TÜRKİYƏYƏ AZARKEŞLİK EDƏCƏK

Çempion futbola da böyük maraq göstərir. “Neftçi” klubunun azarkeşidir. 
Avropada ən çox sevdiyi klub “Barselona”dır və Messinin oyununu daha çox bəyənir.
Yaxın günlərdə startı veriləcək Avropa çempionatında çempionumuz, Türkiyəyə azarkeşlik edəcək. 
“Ölkəmizdə perspektivli futbolçular, yaxşı məşqçilər var. Ümid edirəm ki, komandalarımız gələcəkdə Avrokuboklarda daha yaxşı çıxış edəcəklər.
Formula-1 yarışının ölkəmizdə təşkil olunması sevindiricidir” – deyir, dünya çempionu.

“OLİMPİADADA 4 QIZIL MEDAL GÖZLƏYİRƏM”

Çempionlar çempionu, qarşıdakı Olimpiadada ölkəmizin daha çox medal qazanacağına ümid edir:

Milli komanda ən azı 4 qızıl mükafat əldə edə bilər. Boks, cüdo, güləş yığmamızın daha çox mükafat qazanacağına ümid edirəm”.

Supersport.az 






Fikirlər