Azərbaycan üzgüçüsü qızıl medal qazanıb – İSLAMİADA

olga

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

Apasport.az saytının məlumatına görə, budəfəki medalımızın əyarı qızıl olub.

Qadınlar arasında suyatullanmanın 3 metr tramplin növündə hamıdan güclü olan üzgüçümüz Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, türkiyəli Seli Yaprak Keskin və indoneziyalı Linar Beytilyananı geridə qoyub.

Qeyd edək ki, bu, millimizin 68-ci qızıl, ümumilikdə isə 138-ci medalıdır.






Fikirlər