Bu gün Rusiya olimpiya yığmasının taleyi HƏLL OLUNUR

Ən yaxşı halda ruslara öz bayraqları altında çıxış etmək qadağan olunacaq

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə komitəsinin İsveçrənin Lozanna şəhərində iclası keçiriləcək. İclasın gündəliyi olduqca önəmlidir. Belə ki, burada Rusiya milli olimpiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarındakı iştirakı məsələsinə aydınlıq gətiriləcək.

Mətbuat çıxacaq qərarın indidən nə olacağını böyük ölçüdə müəyyən edib. Belə ki, “Inside the Games” saytının veridiyi məlumata görə, BOK idman paltarlarını istehsal edən firmalarla əlaqə saxlayaraq onlardan rusiyalı atletlərinin geyimlərində dəyişiklik edilməsini istəyib. Bu isə o deməkdir ki, Rusiya idmançıları yarışlara yalnız fərdi qaydada, lakin ölkələrinin bayraqları altında olmadan buraxılacaqlar.

Картинки по запросу российская олимпийская сборная Пхенчхан

Rusiya mətbuatının verdiyi xəbərə görə, Cənubi Koreyaya əvvəllər dopinqlə problemi olmayan və Beynəlxalq Antidopinq Komitəsinin, daha doğrusu, onun əsas informatoru Qriqori Rodçenkovun “şübhəli siyahısı”nda olmayan idmançılar gedə biləcəklər. Siyahı isə bir xeyli genişdir. “Qara siyahı”ya 2012-2015-ci illər arasında Moskva antidopinq mərkəzinin laboratoriyasının (Rodçenkov həmin mərkəzin rəhbəri olub-red.) məlumat bazasında olan bütün atletləri əhatə edir. Mətbuat bu bazada minlərlə idmançının adının olduğunu bildirir.

Ümumdünya antidopinq mərkəzinin təhqiqat idaərsinin rəhbəri Günter Yungerin söylədiyinə görə, bu bazadan çıxarılan məlumatlar (Rodçenkovun köməyi ilə-re.d) Rusiyada dövlət tərəfindən idmançılara dopinqlə yardım edildiyi sübut olunur.

Картинки по запросу допинг россия сочи

BOK artıq bunula bağlı Rusiyaya qarşı ilk sanksiyasını 2017-ci yüngül atletika üzrə dünya çempionatında nümayiş etdirib.

Əgər Rusiyaya milli komanda olaraq iştirak etmək qadağan olunsa, rus idmançılar Olimpiadanın açılışında, qapanışında, yarışlarda, qalib gəldikdən sonra dövlət bayrağını daşıya bilməzlər. Onlara saçlarına hətta göy, qırmız ağ rəngli rezin keçirmək yasaqdır.

Həmçinin qalib rus idmançılarının şərəfinə Rusiyanın dövlət himni səslənməyəcək. Onlar hətta qaldıqları otellərdə, məşq meydançalarında qeydiyyat bölgələrində milli marşlarına qulaq asa bilməzlər.

Картинки по запросу российская олимпийская сборная Пхенчхан гимн

Rusiya üçün bu şərtlər əsl rüsvayçılıq sayılır. Moksva bir müddətdir bu şərtlər altında olimpiadaya getməyəcəyini bəyan edirdi.

Prezident Vladimir Putin ölkə idmançılarının bitərəf bayraq altında çıxışını ölkə üçün təhqiredici və rəzalət adlandırıb.

Rusiya Olimpiya Komitəsinin rəhbəri Aleksandr Jukov isə ümumiyyətlə belə bir variantın müzakirə olunmayacağını bildirimişdi.

Lakin görünür, Kremldə vəziyyət dəyişib və ruslar mövqelərini yumşaldıblar. Prezidentin mətbuat katibi Dmitri Peskovun boykot versiyasının müzakirə olunmadığını söyləməsi bunu göstərir.

Rusiyanın bəlası Qriqori Rodçenkov da “The New York Times” qəzetinin müxbiri Rebekka Ruisə veridiy müsahibədə adı dopinq qalmaqalına bulaşmamış Rusiya idmançılarının bitərəf bayraq altında çıxış etməsinin mümkün olduğunu söyləyib.

Картинки по запросу григорий родченков

Qriqori Rodçenkov

Q. Rodçenkov müsahibəsində Rusiyanın dövlət səviyyəsində 2014-cü il Soçi Olimpiadasında öz idmançılarının dopinq analizlərinin dəyişdirdiyini bir daha təsdiq edib.

Onun sözlərinə görə, bu prosesə keçmiş idman naziri (hazırda baş nazirin müavini-red) Vitali Mutko və onun müavini Yuri Naqornıx rəhbərlik edib. Prosesə Rusiya Federal Təhlükəsizlk Xidmətinin əməkdaşları da cəlb olunub.

Картинки по запросу григорий родченков mutko

Rodçenkov son müshibəsində 3-cü ismin də adını çəkib. Bu Rusiya Biatlon federasiyasının prezidenti Aleksandr Kravtsovdur.

O, qeyd edib ki, oyunlar ərəfəsində Kravtsovun şəxs sürücüsü FTX əməkdaşlarını Ruisya milli antidopinq laboratoriyasına götürərək onları idmançıların istifadə etdikləri yasaq preparatları gizlətməkdə kömək göstərirmiş.

Картинки по запросу Aleksandr Kravtsov biatlon

Aleksandr Kravtsov

Bundan başqa, Rusiya rəhbərliyi Rodçenkovdan öz biatlonçularına rəqib gördükləri idmançıları şərləməyi də xahiş edibmiş.

Rodçenkov hətta konkret ad da çəkib. Bu Ukrayna biatlonçusu Vita Semerenkodur.

Rodçenkocvun bildirdiyinə görə, Naqornix şəxsən odan Semerenkonun dopinq qaydalarını pozmaqda təqsirləndirməyi xahiş edib.

Картинки по запросу вита семеренко

Vita Semerenko

“Mən heç vaxt günahsız idmançıya qarşı bu hərəkəti etmərəm. Karyeram boyunca bir çox çirkli dopinq analizləri və nəticələri təmizə çıxarmışam, amma əksinə hərəkət etmək, mənlik deyil”, - Rodçenkov deyib.

Qeyd edək ki, iclas Bakı vaxtı ilə 15:30-da başlayacaq.






Fikirlər