Mançester DERBİSİNDƏ qalmaqal - Mourinyonun başına BUTULKA VURDULAR

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” (1:2) oyunundan sonra xoşagəlməz hadisələr baş verib. İnsident “Old Trafford”un dəhlizində olub.

“AzerTaym” xəbər verir ki, “The Telegraph”a istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçularının derbidəki qələbəni çılğın qeyd etməsi “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun xoşuna gəlməyib. Portuqal mütəxəsis onlardan rəqibə qarşı hörmət göstərməyi istəyib. Mourinyonun istəyinə qonaqların qapıçısı Ederson Moraeş təhqirlə cavab verib. Tərəflər yüksək tonla portuqal dilində mübahisə ediblər. Daha sonra konfliktə digər futbolçular da qoşulub.

Nəticədə Mourinyonun başına plastik butulka ilə vurub, üstünə süd töküblər. “Mançester Siti”nin məşqçisi Mikel Arteta isə qaşından xəsarət alıb. Bu qarşıdurmada “qırmızı şeytanlar”ın hücumçusu Romelu Lukakunun canfəşanlıq göstərdiyi qeyd olunur. Konflikt stadionun təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra yatızdırılıb. 






Fikirlər