12.05.2014. - "Mançester Siti" çempion oldu
Bu gün İngiltərə Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub.
"AzerTaym.az" Qol.Az-a istinadən məlumat verir ki, son turun bütün oyunları eyni gündə keçirilib
Günün ən maraqla gözlənilən oyunu Mançesterdə baş tutub. Burada yerli "Mançester Siti" "Vest Hem"i qəbul edib. Meydan sahibləri rəqibinə 2:0 hesabı ilə qalib gəlməklə ölkə çempionu olub. "Şəhərlilər"in ən yaxın izləyicisi "Liverpul" isə doğm meydanda "Nyukasl"ı qəbul edib. Brendan Rodcersin komandası 2:1 hesabı ilə qələbə qazanıb və gümüş medalların sahibi olub. "Çelsi" isə mövsümü üçüncü pillədə başa vurub.
Qeyd edək ki, "Mançester Siti" indiyədək 3 dəfə Premyer Liqanın qalibi olub.