BOKSÇUMUZ dünya ÇEMPİONU olub

 

fariz bokschu
Azərbaycanın boksçusu Fariz Məmmədov ölkənin peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb.
"Report"un məlumatına görə, rəqib Uqanda təmsilçisi Badru Lusambia olub.
İlk raunddan üstünlüyü ələ alan Fariz Məmmədov döyüşün sona qədər davam etməsinə imkan verməyib.
 İki dəfə Uqandalı idmançını naqdauna salan Azərbaycanlı boksçu 8-cu raundda rəqibini nokaut edib.
 B.Lusambia bugünədək keçirdiyi 28 döyüşün 2-də məğlub olub və 22-ni vaxtından əvvəl başa vurub. F.Məmmədov isə 21 döyüşün 18-də qələbə qazanıb. 
Bununla da Fariz Məmmədov peşəkar döyüş karyerasını başa vurub.






Fikirlər