ƏLİL arabasında olan idmançımızdan GÖZƏL RƏQS - VİDEO

 

Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibətilə böyük tədbir keçirilib. 
 Axşam.az-ın məlumatına görə, gecədə idmançılarla yanaşı, sənət aləminin tanınmış simaları da iştirak edib. 

 Tədbirin ən maraqlı məqamlarından biri idmançı Vüsalə Kərimova və Tamerlan Qədirovun əlil arabasındakı rəqsi olub. 

 Onların görüntüsünü əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə paylaşıb.

 Qeyd edək ki, V.Kərimova və T.Qədirov 2013-cü il Qitələr Kubokunun qalibləridir. Əlil arabasında olan paralimpiyaçı Vüsalə Kərimova 4000 metr məsafədən paraşutla tullanaraq, Azərbaycan tarixində bir ilkə imza atmışdı.








Fikirlər