Çempionlar LİQASINDA 1/8 finalın növbəti OYUNLARI keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutub.

Apasport.az saytının məlumatına görə, ən çox maraq doğuran qarşılaşma İtaliyanın paytaxtı Romada keçirilib.Şəhərin eyniadlı komandası Madrid “Real”ını qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən matçda ilk hissə qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə iki qol vuran madridlilər mərhələni keçmək üçün böyük üstünlük əldə ediblər.2016-cı ilə qeyri-stabil nəticələrlə start götürən “Volfsburq” isə Belçikadan qələbə ilə qayıdır. Almanlar “Gent” qarşısında birdən-birə 3 top fərqi ilə önə keçsələr də, sonradan 2 qol buraxaraq, qarşılaşmanı minimalfərqli qələbə ilə başa vurublar. Səfərdə vurulan 3 qol və qələbə almanlara növbəti mərhələyə keçmək üçün böyük üstünlük qazandırıb.

 Çempionlar Liqası

1/8 final, ilk oyunlar

17 fevral

 “Roma” (İtaliya) – “Real” (İspaniya) - 0:2

Qollar: Ronaldo, 57, Xese, 86

 “Gent” (Belçika) – “Volfsburq” (Almaniya) - 2:3Qollar: Kums, 80, Kulibali, 89 - Draksler, 44, 54, Kruz, 60






Fikirlər