“Fənərbaxça”dan 49 HƏFTƏ sonra bir İLK
Türkiyənin “Fənərbaxça” komandası Super Liqanın 16-cı həftəsi çərçivəsində “Kardemir Karabükspor” komandası ilə qarşılaşıb.
AzerTaym.az xəbər verir ki, matç 2-0 hesabı ilə ev sahibinin xeyrinə başa çatıb.
Aktivinə 3 xalı yazdırmağı bacaran komanda 49 həftədən sonra siyahıda 2-ci pilləyə yüksələ bilib.
Sarı-göylər yalnız 33 xalla lider olan “Başakşehir” komandasından geridə qalıblar.
Bundan başqa Super Liqada məğlubiyyətsizlik seriyasını 9 matça çatdıran “Fənərbaxça” son 5 həftədə 15 xal qazanıb.