Bir neçə gündür ki, ölkə mətbuatında DəmirBankla əmanətçiləri arasında münaqişələr haqqında məlumatlar yayılır
Həmin məlumatlarda bildirilir ki, "DəmirBank"ın, bir çox müştərilərinin pullarının min bir bəhanə ilə geri qaytarmır.
Bu qalmaqalla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda baş verənlərlə bağlı ilginc təfərrüatlar yer alıb. Bildirək ki,hazırda problem yaşayan yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları DəmirBanka əmanət etmişdir. Həmin insanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzalanıb-möhürlənmiş qarant məktubları olmasına və həmin depozit əmanətlərin müqavilə müddətlərinin aylardır ki, bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmamışdır.
Son bir neçə ayda dəfələrlə vətəndaşlar rəsmi müraciət edilməsinin də bir faydası olmamışdır. Qeyri-rəsmi məlumatlara görə, həmin pullar mənimsənilmişdir.
Bank fırıldağı ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda DəmirBankın Bayıl filialından qaynaqlanan olayın başında filialın rəhbəri Fərəh Rəşadətli durub. Belə ki, əmanətçilərin pullarının verilməməsi, güman edilən mənimsəmə məhz Fərh xanımın rəhbərliyi altında baş verib. Mənbəmizin sözlərinə görə ötən ilin dekabrından depozitlərin verilməsində baş verən yubanmadan sonra vətəndaşlar bank rəhbərliyinə müraciər edib və Dəmirbankın Bayıl filialında yoxlamalar aparılıb.
Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə bankın mərkəzi aparatından təyin edilən Oqtay Şirinov bir ay müddətində yoxlamalara rəhbərlik edib və nə qədər qəribə olsa da “heç bir qüsur tapılmayıb”. Güman edilir ki, F.Rəşadətli O.Şirinov arasında müəyyən anlaşmalar olub və bu məsələ ört basdır edilib. Yeri gəlmişkən bizə daxil olan məlumata görə bu müddət ərzində şikayətçi olan vətəndaşlardan birinin depoziti məbləğ az olduğu üçün qaytarılıb ( bəzi təsdiqlənməmiş məlumata görə, əslində bu halda da pul qaytarılmayıb, sadəcə Fərəh xanım Bakıda bir mənzili həmin vətəndaşın adına keçirməklə onu susdurub) və bankın mərkəzi aparatına yoxlamaların nəticəsi olaraq bu faktdan da istifadə edilib “problem yoxdur” kimi məruzə edilib.
Beləcə Dəmirbank Bayıl filialında baş verənlərin gerçək üzü Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevdən gizlədilib. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, 7 şikayətçi vətəndaşın 3 milyon manatdan artıq depozitinin verilməməsi ilə bağlı yaranmış qalmaqaldan Dəmirbankın Bayıl filialının rəhbəri Fərəh Rəşadətlinin bu vaxtadək cəzasız qurtulmasında onun prokurorluq sistemindəki himayədarının da rolu olub. Bu və digər məqamlar haqda isə növbəti yazımızda…