Prezidentin köməkçisi: “Valyuta bazarında SABİTLƏŞMƏ müşahidə olunur”

"Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur".

AzerTaym.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

"Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır", - deyə prezidentin köməkçisi qeyd edib.

O deyib ki, son dövrlər dünyada baş verən iqtisadi proseslər, neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ən yaxın ticarət tərəfdaşlarımızın milli valyutalarını sərbəst buraxması və digər siyasi və iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşməyib.

Natiq Əmirovun neftdən asılılığın minimuma endirilməsi və sair görülmüş işlər sahəsində ötən il ÜDM-in 1,1% real artım tempi nümayiş etdirib: 

"Adambaşına düşən ÜDM-in həcmi 5703 manat təşkil edib. Bununla yanaşı, ölkə iqtisadiyyatı, o cümlədən sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15,9 milyard manat əsas kapitaldan investisiya yönəldilib ki, bu vəsaitin 56%-i daxili investisiyalar, 44%-i isə xarici investisiyalar təşkil edib".

 






Fikirlər