“Bank Of Baku”dan iyrənc addım: ŞƏHİD AİLƏSİ hədələnir

 

 

“Bank Of Baku” şəhid ailəsini hədələyib.

 Bu ilin aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi “Bank Of Baku”dan 2000 dollar kredit götürüb. Krediti ödəyə bilmədiyinə görə şəhid ailəsi bank tərəfindən hədələnir.

 Qeyd edək ki, məsələ ilə bağlı bankla əlaqə saxlamağa cəhd etdik. Lakin nahar fasiləsinə 1 saat qalmasına baxmayaraq, bankın mərkəzi ofisinin  əməkdaşlarını yerinə tapa bilmədik.

 Məlumat üçün bildirək ki, ölkədə fəaliyyət göstərən əksər banklar aprel döyüşlərində şəhid olan əsgərlərimizin ailələrinin kredit borclarını siliblər. Belə bir vəziyyətdə “Bank of Baku”nun şəhid ailəsini bu qədər sıxışdırması anlaşılan deyil. Əgər məsələ problemli kreditdirsə, əslində “Bank of Baku” daha çox qazanmaq “həvəsinin” bəlasına düşüb. Belə ki, bank illərdir müştərilərə 29-30 faizlə kredit təklif edir. Bu gün yüksək faizlə verdiyi kreditlərin bir hissəsinin geri qayıtmamasının acısını yaşayır. Bankın özünün hesabatına  görə, 2015-ci ilin 9 ayına müştərilərə verilən kreditlər və lizinqlər üzrə vaxtı keçmiş kreditlərin məbləği 94 512.1 min manat olub. Onun 78 743.4 min manatı fiziki şəxslərin payına düşüb. Söhbət hələ əhalinin kreditləri ödəmə qabiliyyətinin aşağı düşmədiyi dövrdən gedir. Nəzərə alsaq ki, bu ilin 3 ayında bankın iri kreditlərinin cəmi 10 000.00 min manat (məcmu kapitala nisbəti 0,12 faiz olub.) təşkil edib. Vəziyyəti özünüz düşünün…

 Bankın özünün öhdəliklərinə gəlincə, burada da durum yaxşı deyil. Bankın  öhdəlikləri 518 822.22 min manat təşkil edib. Bunun cəmi 328 759.91 min manatı müştəri depozitləridir. Bank 3 ayda Mərkəzi Bankdan 40 000.00 min manat  kredit alib.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin sonuna bankın müştəri depozitləri 429 960.77 min manat olub. 2016-ci ilin 3 ayında bankın cəmi aktivləri 591 354.33 min manat, 2015-cü ilin dördüncü rübündə 734 848.69 min manat təşkil edib.

 Nəhayət sonda: “Bank of Baku”nun rəsmi internet ünvanında uzun-uzadı maliyyə qrumunun korporativ sosial məsuliyyət siyasətindən bəhs edilir. Lakin şəhid ailəsinə güzəşt tanımaması bankın KSM- siyasətinin də hansı vəziyyətdə olduğunu göstərir. 






Fikirlər