Mərkəzi Bank hərrac keçirdi - Bu dəfə 65 MİLYON
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. "AzerTaym.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumatda qeyd olunub. Sentyabrın 19-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 65 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,85 faiz təşkil edib.