“GÜNAY BANK” 5 ildir səhmdarlarına dividend ödəmir
“Günay Bank” ASC son 5 ildə səhmdarlarına dividend ödəməyib. “Report” xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilir. Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bankın səhmlərinin 50,81%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 38,94%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Ələsgərovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, yenə də 1,1%-i Əhəd Şirinova (MŞ-nın keçmiş üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.