Avropa Bankı Azərbaycanın SEMENT şirkətilə yollarını ayırıb

a2a46ba6-f4db-4f6d-82a8-bf3f8934fb91

Azərbaycanın ən iri sement istehsalçısı – “Holcim Azerbaijan” ASC-nin səhmlərinin 10%-nə nəzarət edən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) payını satıb.

“Report”un əldə etdiyi məlumata görə, səhmləri şirkətin digər səhmdarı – İsveçrənin “Lafarge Holcim” əldə edib və payını 66%-dən 76%-ə çatdırıb.

“Holcim Azerbaijan”ın səhmlərinin qalan 10%-i əvvəlki qaydada İsveçrənin “Holcim Auslandbeteiligungs GmbH.” şirkətinə, 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 31 812 880 manatdır.

 






Fikirlər