“ŞAHDƏNİZ”dən əldə edilən gəlir 91 MİLYON DOLLAR olub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə gəlirləri açıqlayıb.

ARDNF-dən Trend-ə verilən məlumata görə, AÇG yatağı üzrə 2001-ci ildən bu il aprelin 1-dək əldə olunan ümumi gəlirlər 140 450 mln. dollar olub.

Bu il isə AÇG yatağından 2 243 mln. dollar gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu il 91 mln. dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. dollar (01.04.2019 tarixinə) təşkil edib.






Fikirlər