Bakı Mühəndislər Universitetinin tələbəsi dünyanın ən yaxşı NATİQİ SEÇİLİB...
Londonda 39-cu dünyanın ən böyük natiqlik yarışması baş tutub.Yarışmada 54 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar. "AzerTaym.az" bildirir ki, Azərbaycanı yarışmada “Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi BMU-nun tələbəsi Adil Qafarlı təmsil edib. “Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil “Lies that tell the truth” başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb. 1980-ci ildə başlayan yarışma bu gün dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas təşkilatçısı Britaniyanın “The English-Speaking Union” təşkilatı Azərbaycanda “Azerbaijan Public Speaking Competition” ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində APSC-nin qalibi olan gənc natiqləri Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün hər il Londona səyahət edirlər. APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi yumuşaq bacarıqları inkişaf etdirən təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil edir. Platforma Britaniyanın “The English Speaking Union” və Amerikanın “Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.