BEYNƏLXALQ BANK ÖZƏLLƏŞDİRİLİR? – Sədrdən dividend ödənişi ilə bağlı AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.

Bunu “Report” açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, – deyə o, qeyd edib.

Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: 

“Buna səhmdarlar qərar verəcəklər”.

A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.

Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.






Fikirlər