Ekspertdən TƏKLİF: “Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?”

Yeni struktur üçün mühim addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi olmalıdır.

 Bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov ölkədə aparılan struktur islahatlarına münasibət bildirərkən deyib.

 V.Bayramov qeyd edib ki, Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır:

22 ildir danışıqlar gedir, amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim olunub. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-ə üzv olmasa qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq”.

 Onun sözlərinə görə, aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyır:

ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Bu məsələlərə CESD dəfələrlər izahatlar gətirdiyindən yenidən detal müzakirə açmaq istəməzdik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tbilisidə bank hesabı açıblar. Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?






Fikirlər