Pensiyalar nə qədər artacaq? - Rəqəmlər AÇIQLANDI

pensiyalar 2020 üçün şəkil nəticəsi

 Təklif edirəm ki, bu ildən bütün növ sosial müavinətlər də inflyasiya səviyyəsinə görə indeksləşdirilsin”.

"Yeni Sabah" xəbər verir ki, bunun iqtisadçı Qubad İbadoğlu deyib. O bildirib ki, bu ildən peniyalar 15 faiz səviyyəsində indeksləşdirilərək artırılmalıdır”

“2019-cu ilin yanvar-oktyabr ayları üzrə orta aylıq nominal əmək haqqı 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib. Son müşavirədə dekabr ayında orta aylıq əmək haqqının 723 manata çatdığı bildirilsə də, illik artım tempi hələ də açıqlanmır. Orta aylıq nominal əmək haqqının illik artım tempi bu il üçün pensiyaların indeksləşdirilməsinə tətbiq olunan əmsal olduğundan onun yaxın vaxtlarda açıqlanması pensiyaların hansı səviyyədə indeksləşdiriləcəyini müəyyənləşdirməyə imkan verir. 

Hazırkı templərlə görsənir ki, bu ildən pensiyalar təxminən 15 faiz səviyyəsində indeksləşdirilərək artırılmalıdır. Əslində bu aydan tətbiq olunan artım gələn aydan pensiyalara əlavə olunacaq. Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər.

Bundan əlavə pensiya kapitalı da ötən ilki inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Məlumat üçün bildirim ki, 2019-cu ildə rəsmi statistik məlumatlarda Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib. Qeyd edim ki, inflyasiya hesablaması şübhə doğuraraq mövcud gerçəkliyi təhrif edir. 

Əslində ötən il Azərbaycanda inflyasıya səviyyəsi daha yüksək olub. Ən azı 2019-cu ildə manatın dövr sürətinin aşağı düşdüyü halda dövriyyədə manatla pul bazasının il ərazində 24 faiz artması bu qənaətə gəlməyə ciddi əsaslar yaradır.

Amma istənilən halda təklif edirəm ki, ünvanlı sosial yardım istisna olmaqla, ödənilən bütün növ sosial müavinətlər də inflyasiya səviyyəsində indeksləşdirilməlidir”.






Fikirlər