Koronavirus özü ilə devalvasiya da gətirir - Manat "ÖLƏCƏK"
"Dünyada Çin mallarının idxalına məhdudiyyət qoyulması Azərbaycana, eləcə də digər ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Hətta indidən bu fəsadlar hiss olunmağa başlayıb". "Sədərək", "Binə" və Çin malları ... S.Əliyev qeyd edib ki, Çin Azərbaycanın əsas xarici iqtisadi tərfdaşlarından biridir: "İdxalda Rusiya və Türkiyə əsas yerləri tutsa da, son məlumatlara əsasən Çinin burada payı 11 faizdir. Yəni Azərbaycana gələn 100 manatlıq malın 11 manatı Çinin payına düşür. Buradan geyim mallarından tutmuş, elektrotexnikaya qədər hər şey idxal edilir. Bizim "Binə", Sədərək" kimi iri ticarət mərkəzlərimiz, eləcə də şəhərin müxtəlif yerlərindəki "Mall"larda daha çox Çidən gətirilən mallar-başdan ayağa qədər geyimlər, kosmetika məhsulları və s. üstünlük təşkil edir. Ona görə də Çinlə ticarət əlaqələrinin məhdudlaşdırılmasının təsirini təbii olaraq hiss edəcəyik". "Koronavirus Çində avtomobil satışını 92 faiz azaldıb" İqtisadçı Çində baş verən proseslərin Azərbaycana təsirlərini iki istiqamətdə-birbaşa və dolayı olaraq dəyərləndirib: "Birbaşa təsiri odur ki, virusa görə Çindən gətirilən mallara ya qadağa qoyulub, ya da məhdudlaşdırılıb. Bu o deməkdir ki, çin malları idxalda üstünlük təşkil etdiyindən, avtomatik olaraq mal qıtlığına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Dolayı təsiri özü də iki istiqamtədə baş verir. Virusun təsir müddətindən asılı olaraq neft qiymətlərində enmələr müşahidə ediləcək. Çin faktiki olaraq ən çox neft idxal edən ölkədir. Təkcə ötən ilin yanvar ayı ilə müqayisədə bu il Çinin pərakəndə avtomobil satışında 92 faiz azalma qeydə alınıb. Bu isə yalnız bir nümunədir. Çində bütün sahələr üzrə ən çox idxalçı dövlətdir. Burada vəziyyət pisləşdikcə, bütün ölkələrə təsiri müşahidə ediləcək". "Proses davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq" "Neft qiymətlərinin kəskin bahalaşmasının acı nəticələrini hələ 2015-ci ildə yaşadıq. Dolayı yolun ikinci təsiri isə vacib idxalçı ölkələr Rusiya və Türkiyədən gözlənilir. Təsəvvür edin ki, Rusiya və Türkiyə Çinlə əlaqələri dayandırıb, sərhədləri bağlayıb. Türkiynin özündə istehsal olunan malların çoxunun da xammalı Çindən alınır. Çinlə əlaqələrimiz tam dayandırılarsa, Türkiyə bazarı Azərbaycanı tam təmin edəcək gücdə deyil. Çinlə əlaqələr məhdudlaşdırıldığından Türkiyənin özündə də qıtlıq yaranacaq, tələbat artacaq. Avtomatik olaraq, Çini Türkiyə, Pakistan, Hindistan kimi ölkələr əvəz etməyə başlayacaq. Bu o deməkdir ki, həm Rusiya, həm də Türkiyədə mal qıtlığı yarana bilər, həm də bahalaşma ola bilər. 2015-ci ildə neft ucuzlaşdı, bu da manatı ucuzlaşdırdı. İndi isə ikibaşlı təsir gözlənilir. Hazırda milli valyutanın məznnəsi dəyişməsə belə, mal qıtlığını müşahdiə edəcəyik. Üstəgəl neftin qiyməti də ensə, bu, manatın devalvasiyasına gətirib çıxaracaq. İranla sərhədlərin bağlanması sərhədyanı rayonlarda sosial vəziyyəti pisləşdirə bilər". "Rusiya hər gün 1 milyard dollar itirir" Ekspert Çinin "fevralın sonuna kimi virusu lokallaşdırmağa çalışacağıq" xəbərlərinə inamın az olduğunu deyib: "Bunu Amerika, Avropa desəydi, inanmaq olardı. Amma Çin qapalı ölkədir. Məlumatlar maksimum dərəcədə gizli saxlanılır, hətta rəqəmlərin üzərində oynayırlar. Amma proses uzanar və bir neçə ay çəkərsə, çox böyük neqativ fəsadlara səbəb ola bilər. Ondan götürək ki, hazıra bu virusun təhlükəsi bütün ölkələrdə hiss edilir. Təkcə Rusiya sərhədləri bağladığına görə gün ərzində 1milyard dollar itirir. Ayrı-ayrı ölkələrdən virusun yayılması xəbərlərinin gəlməsi bazarı təzyiq altında saxlayır".
"AzerTaym.az" bildirir ki, bunu Modern.az-a iqtisadçı Samir Əliyev dünyanı cənginə alan koronavirusun iqtisadiyyata təsirlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, proses uzanarsa, manatın devalvasiyası da qaçılmaz olacaq: