İnam Kərimov ona bata bilmir… – Müraciət…
Beyləqan şəhəri, Ə.Şıxlınski küçəsi ev 35 ünvanında yaşayan Tarverdiyev Məmməd Tarverdi oğlu tərəfindən saytmızın elektron poçt ünvanına prezident İlham Əliyevə ünvanlanmış şikayət məktubu daxil olub. Məmməd Tağıyev saytımızın elektron poçtuna göndərdiyi ərizəsində, onun Prezident İlham Əliyevə ünvanladığı ərizəsinin içtimailəşdirilməsini xahiş edir. RealMedia.az xəbər verir ki, M. Tağıyev ərizəsində KTN – nin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin “Aran Regional Mərkəzi” nin direktoru Hikmət Ağayevin qanunsuz əməllərindən bəhs edir. Xatırladaq ki, RealMedia.az (əvvəlki yazıları oxumaq üçün linkə vurun: https://realmedia.az/ktn-ni-kim-idar%c9%99-edir-inam-k%c9%99rimov-yoxsa-anar-huseynov-az%c9%99rbaycanin-aqrar-sektoru-feto-caynaginda/) saytı hələ bir müddət əvvəl “Azəraqrar”ın bir sıra rayonlardakı, o cümlədən Beyləqandakı fəaliyyətinin ictimai narazılıqlara yol açdığı barədə yazmışdır. O vaxtı da bir qrub rayon sakinlərinin narazılığının səbəbi uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılması, Hikmət Ağayevin başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə verməsi idi. Həmin məlumatlar sırasında o da yer alırdı ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə sataraq, əhaliyə sırıyırmış. Məhz görünüən odur ki, Hikmət Ağayev bu günləri də köhnə vərdişlərindən əl çəkməyib. (https://realmedia.az/ktn-d%c9%99-parcala-v%c9%99-hokm-sur-siyas%c9%99ti-nazir%c9%99-olan-inami-kiml%c9%99r-sarsildir/)
“Möhtərəm Cənab Prezident !
İlk başdan onu bildirməliyəm ki, mən 30 ilə yaxın Beyləqan rayonunda “Dostluq” Damazlıq Birliyi Sovxozunda (hal-hazırkı adı Azəraqrar Mərkəzi Aran Regianal İdarəsi) müxtəlif vəzifələrdə çalışmışam. Beyləqan rayonunda bütün təsərrüfatlar islahata getməyinə baxmayaraq “Dostluq” təsərrüfatı islahata getmədi və bizə bildirdilər ki, həmin təsərrüfatda işləyəcəyik və icarə müqaviləsinə əsasən 5 illik müqavilə bağlayıb illik torpağın rüsumunu ödəyib hamı kimi məndə istifadə edəcəm. Yeri gəlmişkən qeyd etməliyəm ki, mən təsərrüfatda (yemçilikdə) işləyən zaman taxılçılıq üzrə 65 sentner taxıl becərərək fəxri fərmana layiq görülmüşəm və respublika üzrə birinci yere çıxmışam. Bu kimi digər belə göstəricilərim də var. 2009-cu ildə bizi ixtisara salıb işdən azad etdilər. 2015-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (5 illik müddətə) 8 hektar torpaq sahəsində müxtəlif bitkilər becərərək təsərrüfatımı genişləndirmək üçün icarə müqaviləsi bağladım. Lakin buna baxmayaraq mənim bu torpaqdan istifadə etmək haqqımı əlimdən alıblar. Məhz hələ 2019-cu ilin avqust ayında Kənt Təsərrüfatı naziri İnam Kərimovun Beyləqan rayonunda vətəndaşları qebul edərkən məndə nazirin qəbuluna yazılaraq iştirak etdim. Açığı deməliyəm ki, nazir İnam Kərimov məni çox gözəl qarşılayıb, fikirlərimi sona qədər dinlədikdən sonra o, aidiyyatı şəxslərə göstəriş verdi ki, yaranmış problemi ən qısa zamanda aradan qaldıraraq mənə köməklik göstərsinlər. Əfsuslar olsun ki, bu günə qədər nazirin göstərişləri yerinə yetirilmir. Qulaqardına vurulub.
Eyni zamanda da 2020-ci ilin fevral ayında heyvandarlığın inkişafına görə Kənd Təsərrüfatı Nazirliyinin “Sahibkarlara Dəstək Fondu”ndan 15000 (on beş min) manat kredit götürərək təsərrüfatın inkişafına xərcləmişəm. Hansıki həmin vaxt 23 baş iri buynuzlu heyvanım var idi. Və həmin təsərrüfat vasitəsi ilə götürdüyüm kreditidə ödəyə bilirdim. Artıq istifadəmdə (icarə müqaviləsinə əsasən) olan torpaqlar əlimdən alındığına görə heyvanları satmaq məcburiyyətində qaldım və bu gün də bu səbəbdən dolayı krediti ödəməkdə də zorluq çəkirəm.
“Azəraqrar Mərkəzi Aran” Regianal İdarəsinin müdiri Hikmət Ağayevin dəfələrlə qəbulunda olmağıma baxmayaraq bu günə kimi məni yuvadıb, yuxarı orqanların hec birinə müraciət etməməyimi və onu gözləməyimi söyləyib. İndi isə mənə “hara istəyirsən müraciət edə bilərsən” deyərək otağından belə qovur.
Halbuki Hikmət Ağayev həmin savxozun istifadəsində olan torpaq sahələrini istədiyi adamlara rüşvət qarşılığında “peşkaş” edib və həmin şəxslərdə torpaq səhəsində geninə-boluna istifadə edirlər. Hansıki həmin şəxslərin sovxoza aidiyyəti yoxdur. Ancaq Hikmət Ağayev sovxoza məxsus torpaq səhəsinin 20 hektara yaxın ərazisini həmin kənar şəxslərə qeyri-qanuni yolla verərək 20 hektar darı əkdirmiş, 10 hektara yaxın sahədə isə çuğundur əkdirmişdir. Mən və mənim kimi bir çox sovxoz camaatı var ki, Hikmət Ağayev onların torpaq sahələrini əlindən alaraq, özünün şəxsi mənfəətləri üçün kənar şəxslərə verib. Mən isə gecə – gündüz götürdüyüm krediti neçə ödəycəyimi götür, qoy edirəm. Yenə də başqa çıxış yolu tapa bilmirəm. Odur ki, Sizdən Hikmət Ağayevin qanunsuz əməllərinə son qoyamağı və eləcə də mənə sovxoza aid torpaq sahəsindən icarə müqaviləsinə əsasən torpaq sahəsi verilməsinə köməklik göstərməyinizi xahiş edirəm.
Tarverdiyev Məmməd Tarverdi oğlu”