"Bu, ölkəmizə valyuta axınlarını məhdudlaşdırır" - İqtisadçının ŞƏRHİ
“Neftin ucuz olması ölkəmizə valyuta axınlarını məhdudlaşdırır”. Son günlər dünya bazarında neftin qiymətinin bahalaşması müşahidə olunur. Bu fonda Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri Light” markalı neftin bir barelinin qiyməti artıq 72,48 ABŞ dolları təşkil edir.
"AzerTaym.az" bildirir ki, mövcud vəziyyətlə bağlı iqtisadçı Məmməd Talıblı Yenicag.az-a açıqlamasında bildirib ki, neftin dünya bazarında bahalaşma meyli güclü deyil: “Bu, epizodik hallarla bağlıdır. Bazarlar hər zaman belə dəyişkən dostlar kimi qeyri-sabit olurlar. Lakin bütün bunlara baxmayaraq, aşağı qiymətli neft amili ölkəmizin valyuta axınlarını məhdudlaşdırır. Makroiqtisadi göstəriciləri pisləşdirir. İxracatdan ölkəmizə valyuta daxilolma diapazonunu daraldır. Valyuta rezervlərinin artma imkanlarını çətinləşdirir və s. Çünki ölkə iqtisadiyyatının strukturu aşağı neft qiymətləri ilə reaksiyada müvazinətini sürətlə itirə bilir. Bu, birtərəfli iqtisadi siyasətin özü qorxulu strukturlaşmadır”.