"Smart Online" necə narazılıq yaradır... - GİLEY...
"Şikayətim "Smart Online" internet provaydərindəndir. Deməli mənim dayılarımın yaşadığı Qazax rayon 1-ci Şıxlı kəndində yaşadıqları evə internet çəkilməsi üçün Aztelekom-a müraciət etdikdə telefon xəttində boş yer yoxdur deyirdilər və mən illərdir bununla bağlı Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlak Bazarına nəzarət palatasına, Aztelekom-un özünə şikayət edirdim həmçinin dəfələrlə bu məsələni mediada içtimailəşdirmişdim". DİA.AZ bildirir ki, bu barədə İlkin Məmmədkərimovun müraciətində deyilir.
Daha sonra narazı vətəndaş dia.az-a yazır: "Çünki Aztelekom nə özü xidmət göstərir nədə bir dənədə olsun özəl provayderin fəaliyyət göstərməsinə imkan verirdi. İllərdi etdiyim şikayətlər və sizlər dəyərli media nümayəndələrinin problemi ictimailəşdirməsindən sonra problem həllini tapdı və Aztelekom 1 özəl provayder Smart Online şirkətinin kənddə fəaliyyət göstərməsinə imkan verdi. 2021-ci ilin iyul ayında Smart Online provayderinin Qazax rayonu üzrə işçisi Orxan adlı şəxs dayımgil daxil bütün kənd sakinlərindən internetə qoşulmaq üçün hər bir ailədən özü üçün kənd sakinlərinin saflığından istifadə edib 35 manat pul tələb edib və kənd sakinlərinin hər biri dedikləri pulu veriblər. Bu qanunsuzdur çünki ADSL internet xidmətinə qoşulma bütün provayderlərdə pulsuzdur. Oğurluq bununlada bitmir beləki Orxan bəy kənd sakinlərini aldadaraq guya hər biri sakini 3 Mb/s= 12 manatlıq tarifə qoşacağını bildirib lakin bütün sakinləri 2 Mb/s=10 manatlıq tarifə qoşub yüzlərlə kənd sakinindən hər birindən aylardır 2 manat əlavə özü üçün pul alıb. Üstəlik fırıldağının üstü açılmasın deyə heç bir istifadəçi ilə müqavilə bağlamayıb. Hər bir abonentin özünün şəxsi kodu olduğu halda ödənişi ödəniş terminallarına etməli olduqları halda Orxan bəy kənd sakinlərinin məlumatsızlıqlarından istifadə edib hər bir istifadəçidən ödənişi özü alıb hər ay vaxtlı vaxtında ödəniş terminalına ödəmədiyi üçün istifadəçilər ödənişi əldən birbaşa Orxan bəyə ödədikləri üçün günlərlə pulu verdikləri halda internetsiz qalırlarmış. Kənd sakinləri hər dəfə Orxan bəyə dəfələrlə zəng etdikdən sonra Orxan bəy hər ay günlər sonra ödənişi edirmiş bu görünməmiş oğurluq və fırıldaq halı 2021-ci ilin iyul ayından dekabr ayınadək davam edib. Orxan bəyin oğurluğunun və fırıldağının üstü 2021-ci ilin dekabr ayında dayım oğlu Turalın bu hal ilə bağlı internetdən Smart Online internet provayderinin 012952 telefon mərkəzinə şikayətindən sonra açılıb. Call center-dən dayım oğluna 12 manatlıq yox 10 manatlıq tarifdə olduqları deyilib. Bu hadisə ilə bağlı isə mənim özümə Yeni il günü dayım özü məlumat verdi və mən bütün bunları eşidib dəhşətə gəldim çünki indiyədək bir internet provayderi tərəfindən belə bir rəzillik və oğurluq görməmişdim bu birbaşa dələduzluqdur. Mən dərhal məsələ ilə bağlı Smart Online internet provayderinin 012952 telefon mərkəzinə, Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına şikayət etdim. Şikayətimdən sonra Smart Online internet provayderindən əlaqə saxlayıb Orxan adlı şəxsi işdən qovduqlarını bu ilin yanvar ayında bildirdilər lakin mənə bildirdilər ki, dəymiş ziyan Orxan adlı əməkdaşlarının özü mənimsədiyi üçün geri qaytarılmayacaq. Aylardır provayder 2 dayımın ailəsi daxil yüzlərlə istifadəçinin etibarından istifadə edib oğurladıqları hər istifadəçidən 45 manat dəymiş ziyanı aylardır ödəməkdən imtina edir. Kənd sakinlərinə sadəcə bundan sonra ödənişi ödəniş terminallarına etmələri haqqında məlumat verilib. Smart Online kənd sakinlərinə minnətdar olsun ki, Orxan adlı əməkdaşdan Hüquq Mühafizə orqanlarına yüzlərlə kənd sakininə dələduzluq etməsi barədə şikayət etməyib və provayderi dəymiş zərərə görə məhkəməyə verməyiblər. Üstəlik son vaxtlar dayımgil daxil bütün sakinlər internetin sürətindən şikayət edirlər adı bir sayt belə açılmır ödədikləri pulun qarşılığında almalı olduğu 2 Mb/s sürətin heç yarısını belə ala bilmirlər. Lakin 2 dayımın ailəsi daxil yüzlərlə sakinə dəymiş zərər ödənilədək bu məsələnin sonuna qədər gedəcəm".
P.S. Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...