Gürcüstandakı azərbaycanlılar üçün yeni iş imkanı - Bora Yazır 100 hektarlıq üzüm bağı aldı
Bir müddət öncə mətbəə sektoruna Gürcüstanda investisiyası ilə gündəmə gələn türk iş adamı Bora Yazır bu dəfə əzəli Azərbaycan torpaqları olan Bolnisi rayonunun Talaveri kəndində 100 hektarlıq üzüm bağlarını 2.3 milyon dollara alıb. Hazırda 350 min əkilmiş üzüm şitili ildə 1 milyon şüşə şərab istehsalı üçün məhsul verir. Bu gün eyni zamanda iş adamı İstanbulda Çinin ən böyük şərab idxalçılarından biri olan “Chateau Changyu Moser” şirkəti ilə müqavilə bağlayıb. İmzalanan əməkdaşlıq əsasında Gürcüstandan yerli məhsulları da cəlb etməklə illik 5 milyon şüşə şərabın Çinə ixracını təmin edib. Beləliklə iş adamı Talaveri kəndində illik 800 min ton üzümü qəbul edib şəraba çevirilməsini təmin edəcək. Bu isə yerli insanların yeni işlə təmin olunmasına şərait yaradacaq. Bununla bağlı Şərab İstehsalı zavodunun tikilməsi də artıq layihələşdirilib. /“Qafqazinfo"