KREDİTi olanlara vacib XƏBƏR...

Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə!

Xəbər verdiyimiz kimi, Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Musavat.com xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

İqtisadi ekspert, deputat Vüqar Bayramov məsələyə münasibət bildirib. 

O qeyd edib ki, əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz: "Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı ünvanlanan sualların çoxluğunu nəzərə alaraq qeyd etmək istərdik ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.

Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın".

Vüqar Bayramov həmçinin bildirib ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir.

 

 






Fikirlər