NEFT HASİLATI SÜRƏTLƏ AZALIR, AZƏRBAYCAN NƏ EDƏCƏK? – “Bəxtimiz gətirdi ki...”

Azərbaycanda neft istehsalı yanvar ayı ilə müqayisədə 8.25 faiz azalıb. Rəqəm ifadəsi ilə desək, yanvarda gündəlik 533 min barel neft hasil olunurdusa, oktyabrda bu rəqəm 489 min barel təşkil edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspert Energetika Nazirliyinin rəsmi məlumatlarına istinad etdiyini bildirir və əlavə edir ki, azalma tempi neft yataqları üzrə çox yüksəkdir.

“Dadımıza çatan qaz yataqlarındakı kondensat (daha duru neft) həcmlərinin hazırda artımıdır”, - vurğulayıb.

İlham Şabanın sözlərinə görə, bəxtimiz o mənada gətirdi ki, Nigeriya, Anqola və Venesuela yolu ilə getmədik: “Norveç yoluna çıxmağa ümumi inkişaf "mühərrikimiz" yetərli olmadı, Abu-Dabi modelinə çatmağa isə enerji ehtiyatlarımız yetmədi. 7 ildə - 2008 və 2015-ci illərdə iki dəfə neft qiymətlərinin dünya bazarlarında kəskin ucuzlaşması ilə rastlaşdıq. Birinci dəfə bunun ötəri hal olduğunu düşündük və o qədər də əhəmiyyət vermədik.Amma qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin ilk addımları onda atıldı, hətta 2009-da Dövlət Alternativ Enerji Agentliyi belə təsis edildi.Amma 2015-ci ilin sonlarında hökumət nələri itirdiyini real dərk edəndən sonra2016-cı ildə özünü toparlamağa başladı”.

Ekspert itkilər dedikdə, Beynəlxalq Bankda olan10 milyard dollar vəsaitlərin itirilməsi, Milli Bankın 10 milyard dollardan çox ehtiyatlarının qısa müddətdə manatın kursunun saxlanılmasına sərf etməsi və nəhayət, 11 ayda milli valyutanın 2 dəfə dəyərsizləşməsi ilə üzləşməsini nəzərdə tutduğunu vurğulayıb.

“Nə əldə etmişik, hara çatmışıq, cəmiyyətin hər bir üzvü bunu individual qiymətləndirir, amma müxtəlif beynəlxalq reytinqləri və yaşam imkanlarını ümumiləşdirsək, BMT "kupçası" olan dövlətlər arasında 70-75-dən geridəyiksə, təqribən 120-dən də irəliyə çıxa bilmişik”, - İlham Şaban qeyd edib.






Fikirlər