Facebook «UNİ BANK»ı biabır etdi: GƏNCLƏRİN KAMPANIYASI ARANI QATDI

İntihar edənlərin əksəriyyətinin yüksək faizlə kredit verən bankın müştərisi olduğu üzə çıxıb

Azərbaycan dünyada müştərisinə ən bahalı kredit verən bankları ilə də ad çıxarmağa başlayıb. JAM.AZ xəbər verir ki, illik 30 faizə dollarla kredit verən ikinci bir bank mövcud deyil və xarici ekspertlər bunu bildiklərində təəccüblərini də gizlətmirlər. 

Mediada isə davamlı olaraq banka olan borclar səbəbindən intihar hallarının sayının artdığı barədə məlumatlar yayılır. Artıq hər gün 2 və ya 3 nəfərin intihara əl atdığı barədə xəbərlər yayılır. Eyni zamanda, təsdiqlənir. 

JAM.AZ xəbər verir ki, sosial şəbəkələrdə belə hallarla bağlı maraqlı bir araşdırma aparılıb. Məlum olub ki, özünə qəsd edənlərin əksəriyyətinin «Uni Bank»a borcu olub. Yüksək faizlə kredit götürüb, sonra da qaytara bilməyənlər baş verənlərdən dolayı çıxış yolu tapmadıqları üçün intihara baş vururlar. Elə bu səbəbdən də Facebookda bu bankla bağlı maraqlı kampaniyaya start veriblər. 

Həmin kampaniya çərçivəsində istifadə olunan şüar isə belədir: «İNTİHAR ETMƏK İSTƏYİRSƏN, UNİBANKdan KREDİT GÖTÜR!»

Bankın bu məsələyə hansı reaksiya verəcəyi məlum deyil. Lakin ortaya çıxarılmış statistika həqiqəti əks etdirərsə, bu «Uni Bank» rəhbərliyinin ciddi başağrısına çevriləcək. 


 

 

 






Fikirlər