SALYANda səhiyyə RƏZALƏTİ - dövlətin pullarını KİM TALAYIR?

Salyanda səhiyyə rəzaləti -

Salyan rayonunda əhalinin ən çox üz tutduğu yer Rayon Mərkəzi Xəstəxansıdır. Bura sağalmaq üçün gələnlərin dərdi üstünə əlavə dərd gəlir. Baş həkim Hüseynağa Həsənov dövlət xəstəxansı, sözün həqiqi mənasında, şəxsi obyekti kmi işlədir. Özü də onun iş vaxtı naharadəkdir.

Bu isə şübhələnməyə əsas verir ki, adamın digər obyektləri, işləri var və günün ikinci yarısını onlara ayırır. Günortadan sonra burada bir allah qulu belə tapmaq olmur. Gecələr isə xəstəxanada xadimədən başqa kimsə olmur.

Təcili xəstə gələndə hərə öz tanıdığı həkimə zəng edir. İki ildən çoxdur ki, baş həkimin iki müavininin yeri boşdur. Əslində bu vəzifələrə təyinat olmaması, baş həkimin “pul kəsən maşınlar”dan əldə edilən gəlirə şərik qoşmamaq istyindən irəli gəlri. Axı rayon xəstəxanasında bütün növ xidmətlər pulludur. Əgər bu qədər müddətdə iki müavin vəzifələri xəstəxananın ümumi işinə mənfi təsir etməyibsə, belə çıxır ki, bu ştatların özü artıqdır və onların lüzumsuz yerə saxlanılması büdcə vəsaitini israf etməkdir.

Xidmətlərin pullu olduğunu dedik. Bu, birbaşa baş həkimin qanunsuz tələbindən irəli gəlir- bütün şöbələrə aylıq haqq qoyulub.

Əslində toplanılan pulun bir hissəsi dolayı yolla ona çatır. Gün ərzində xəstəxanya daxil olan xəstələrin, demək olar ki, heç 10 faizi qeydiyyata düşmür. Sadəcə adları və onlardan alınan xdmət pulları qara dəftərçədə qeyd edlir. Orta hesabla bir günə əhalidən 1000-1500 manat pul yığılır.

Yəqin unudulmayıb: ötən il bir uşağı ilan vurmuşdu, xəstəxanada zərdab olmadığından onun həyatını xilas etmək mümkün olmadı. Hazırda burada kifayt qədər dərmən çatışmazlığı var. Əlcəkdən, sarğı materialından tutmuş dərmanlaradək hər şey xəstələrin yaxınlarına aldırılır.

Daha bir həyəcan doğuran fakt: son 3 ay ərizndə doğulan uşaqarın heç birnə vərəm əleyhinə peyvənd iynəsi vurulmayıb. Çünki iynə yoxdur.

Əslində bu faktın özü cinayətdir. Böyüyəndən sonra onların müxtəlif xəstəliklərə yoluxma risqinin olduğunu hər kəs bilir. İynə yoxdursa, heç olmasa qonşu rayonlarda, yaxud Bakıda yerləşən xəstəxanalara göndəriş vermək olardı.

Şəkərli diabet və ankoloji xəstəliklərdən əziyyət çəkənlərin dərman pereparatları ilə təchizatında da ciddi problemlər var. Baş həkim isə günahı “yuxarı”larda görür: “”Bizə verdikləri budur.” Təsərrüfat işləri və təchizat üçün ayrılan büdcə vəsaiti isə kağız üzərində xərclənir.

Ötən il tərtib edilən belə saxta sənədlərdən birinə diqqət edək: Şəmkirin Əliyaqublu kəndində qeydiyatda olan bir MMC-dən ("Bhl- servis co ltd") 60 min manata 5 “Kamaz”lıq kağız-qələm “alınıb”. Bəlkə RMX-nin nəzdində təhsil müəssisəsi var- bundan bizim xəbərimiz yoxdur? Ya bəlkə xəstələrin müalicəsində dəftərxana ləvazimatlarından tibbi cihaz əvəzi kimi istifadə olunur?..

Baş həkim Əliyaqublu sakinini necə tapıb ?.. Suallar çoxdur... Əslində bu ritorik suallar zaman-zaman mətbuatda səslənir. Baş həkim isə susur. Fikirləşir ki, “susmaq qızıldır”, tənqidçiləri danışıb, danışıb, axırda yorulacaqlar.

Beləcə “dəyirman bildiyin edir, ortada çax-çaxdır baş ağrıdan.

Baş həkim isə yeni gəlir mənbələri barədə düşünür. İş o yerə çatıb ki, xəstəxananın həyətindəki ayaqyolunu da pullu edib. Adam bura bircə “pulyığan” təyin edilib. Nəzərə almayıb ki, daha bir ştata- təmizləyiciyə də ehtiyac var. Eyni zamanda, təbii ehtiyacını ödəyənlərə qurulanmaq üçün kağız, yuyunmaq üçün sabun lazımdır. Baş həkimin isə belə şeylərə pul xərcləməklə arası yoxdur.

Adam bunu yazmağa da ehtiyat edir - sanki cənaba ideya vermiş ouruq: bir də görəcəyik on minlərlə manat büdcə vəsaitini tualet kağızı və sabuna silib. Özü də ucuz almağı üçün yenə Əliyaqubluya gedib... Xəstəxanadakı əksər şöbələr elə bil işağal altında olan əraziləri xatırladr. Amma hər il təmir adı ilə pullar silinir. Bir sözlə, bu xəstəxanaın sağalmaz yarası varsa, o da elə baş həkim Hüseyinağa Həsənoovdu.

Elə düşünməyin ki, bizim Hüseynağa həkimə qərəzimiz var.

Hər kəs xəstəxanaya buyura, oradakı vəziyyəti öz gözü ilə görə bilər. Əslində hamımız maraqlı olmalıyıq ki, səhiyyə müəssisəmiz sağlamlq ocağı olsun, buradan şəfa, rahatlıq tapaq, dövlətin ayırdığı vəsaitə uyğun sosial xidmətdən bəhrələnək. 

 






Fikirlər