Sevinc Babayevanın oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Arvadını bıçaqlamaqda təqsirləndirilən Ayxan Məmmədova hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror A.Məmmədovun törətdiyi əmələ görə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
A.Məmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
O, qısqanclıq zəminində arvadına 16 bıçaq zərbəsi vurub.
Xatırladaq ki, A.Məmmədov ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.
Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.