200 qadın ZORLAYAN, 500 adam öldürən İŞİD-çı

200 qadın ZORLAYAN, 500 adam öldürən İŞİD-çı

"Gənc qadınların buna ehtiyacı var..."

"500 nəfəri öldürmüşəm"Bu sözləri İraqda ələ keçirilən İŞİD-çi terrorçu deyib. Hüseyn adlı terrorçunun dedikləri insanın qanını dondurur.
AzerTaym.az-ın İstiPress-ə istinadla verdiyi məlumata görə, Amar Hüseyn adlı terrorçu yüzlərlə qadına da təcavüz edib. Bunu isə o, İŞİD komandanlarının razılığını aldıqdan sonra edib. 
İŞİD-ın aylar öncə Kərkükdə yaxalanan nümayəndəsi, Süleymaniyə şəhərində saxlanılan terrorçu Amar Hüseyn "Reuters"ə danışıb. O, Kərkükdə ötən ilin oktyabr ayında həyata keçirilən əməliyyatla yaxalanmışdı. Adıçəkilən hücum zamanı 99 mülki şəxs və təhlükəsizlik qüvvəsi nümayəndəsi ölmüşdü. 63  İŞİD terrorçusu məhv edilmişdi. 
Açıqlama verən 21 yaşlı terrorçu İraqda 200-dən çox qadını zorladığını deyib. O, yaxalansa da, bundan peşman olmadığını bildirib. "Gənc qadınların buna ehtiyacı var... Təbii hadisədir", deyə tükürpədici ifadə verib.
Onun sözlərinə görə, yezidi və milli azlıqlardan olan xalqların nümayəndələri olan qadınları qurban seçib. 
Hüseyn İŞİD-a qatıldığı 2013-cü ildən bu günə kimi 500 nəfəri də öldürdüyünü deyib. "Vurmağımız gərəkəni vurduq, başının kəsilməsi lazım olanı kəsdik". 
 






Fikirlər