"Quli" SOYADINI DƏYİŞDİ - Artıq o, Səlifov DEYİL
Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış "Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var. Bu barədə Musavat.com-a Türkiyədə yaşayan etibarlı mənbə məlumat verib. Bildirilib ki, "Quli" İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində o, soyadını "İsmayılov" kimi qeyd etdirib. 22,5 il Azərbaycanda həbsdə yatmış, barəsində minlərlə yazı yazılmış "Quli"nin bu addımı atmasının səbəbi, güman ki, beynəlxalq marşrutlarda hərəkət edərkən, bir ölkədən başqa ölkəyə keçərkən sərhədlərdə problem yaşamamasını istəməsi üzündən olub. Nadir İsmayılovun sənədindəki bu yenilik onun oktyabrın 18-də İstanbul 2-ci sülh-cəza məhkəməsində aparılan mühakiməsi zamanı bəlli olub. İndilikdə N.İsmayılovun oktyabrın 22-də yenidən saxlanılmasının səbəbi bilinmir. Ancaq böyük ehtimalla bu, əvvəlki ittihamlarla bağlıdır.