Sevgilisindən ayrıldığı üçün ANASI İLƏ BİRLƏŞİB uşağını öldürdü və... - Sumqayıtda ŞOK
Sumqayıtda yeni doğulmuş oğlan uşağı anası və nənəsi tərəfindən öldürülüb. AzerTaym.az xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsində yaşayan 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı Nigar Salmanova ilə birlikdə öldürərək qəsəbə qəbiristanlığında basdırıb. Bildirilir ki, Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb. Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Sevgilisindən ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə anasının təkidi ilə uşağı öldürmək qərarına gəlib. Artıq hər iki şəxs saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.