Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 Azərbaycan vətəndaşı saxlanıldı

 

polis-turk_020715Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində 38 xarici vətəndaş saxlanılıb.
Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır.
İçərilərində 10 qadın ve 15 uşağın olduğu qrupun Türkiyədən Suriyaya keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istədiyi bildirilir.
Saxlanılanlar arasında 14 azərbaycanlı ilə yanaşı, 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 1 İran və 1 Əfqanıstan vətəndaşı da var. 

 






Fikirlər