“Qaçan əsgərlərimizin rəzilliyini müşahidə edirik” - Erməni polkovnik
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən geri çəkilməkdə davam edir. "AzerTaym.az" bildirir ki, erməni hərbçilərinin qorxaqlığını, döyüş mövqeyini qoyub qaçmasını, əraziləri itirməsini müxtəlif yalanlarla bir müddət ört-basdır edən Ermənistan rəsmiləri artıq özləri də dilə gəliblər. Şuşadakı hərbi təyinatlı obyektlərin Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməsindən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Artsrun Hovhannisyan "Teleqram"da erməni hərbçilərinin qorxaqlığını, rəzilliyini bu cür ifadə edib: "Şuşa yenidən bombalanır, qaçan əsgərlərimizin rəzilliyini müşahidə edirik".