BAŞ HƏKİM xəstəxananın həyətində kafe-qumarxana AÇIB...
Göyçay rayonunun bir qrup sakini tərəfinən "AzerTaym.az"-ın elektron poçtuna ictimailəşdirilməsi məqsədi ilə müraciət daxil olub. Rayon sakinləri Əliyev Mətləb Famil oğlu, Qədirov Zamiq Nazim oğlu, Salmanova Səmayə Yusif qızı və Nuriyeva Nisə Məhəmməd qızı sözügedən müraciətdə yazırlar: Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməllərinə görə xəstələr, sakinlər çox əziyyət çəkirlər. Xəstəxanada korrupsiya və rüşvətin baş alıb getməsi bir yana, xəstələrin dincliyi də pozulub.
Belə ki, baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb ki, orada hər gün spirtli içkilər satılır, domino, nərd və kart qumarları oynayırlar.Gecə saat 2 və 3 kimi işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər ki, buda onların müalicəsinə çox pis təsir göstərir. Sərxoş olan, qumarda sözü tərs gələnlər həttda ucadan nalayiq söyüşlər söyürlər ki, bu tərbiyəsizliyin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub.Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb.Xəstələri, müayinə və müalicəyə gələn insanları saya salmayan baş həkimin psixoloji probleminin olmasını deyirlər.Həttda onun daima psixotrop dərmanlar qəbul etdiyi söylənilir.Bu isə inandırıcıdır çünki ağıllı insan belə bir səhvə yol verib xəstəxananın həyətində kefe-qumarxana açmaz.
Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın.Belə getsə onun barəsində tədbir görməsələr bunuda edəcək.
Baş həkim Elçin Bilalovun qanunsuz əməlləri barədə biz Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinə və digər orqanlara şikayət ərizələri yazıb onun fəaliyyətinin yoxlanılmasını xahiş etmişik. Ümid edirik ki, şikayətimiz və bu müraciıtimiz yerində araşdırlıb təcili tədbirlər görüləcək.
Elçin Bilalov tutduğu vəzifədən azad etməlidirlər ki, rədd olub gedib başqa yerdə kafe-kumarxanasını işlətsin.Dövləti vətəndaşları ələ salmasın.
Biz mətbuat vasitəsi ilə Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramil Bayramlıya müraciət ünvanlayıb xahiş edirik dövlət xəstəxanasının həyətində kafe-qumarxana açan baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində təsirli tədbirlər görəsiniz.