Vüsalə keçmiş ərinin toy günündə nələr yazdı?

Aparıcı və həm də aktrisa kimi özünü sınayan Vüsalə Əlizadə keçmiş həyat yoldaşının toy günündə "İnstagram" səhifəsində maraqlı status paylaşıb.

Publika.az xəbər verir ki, aparıcı fotosunu paylaşıb və ismayırş xarakterli yazısı ilə diqqət çəkib:

 "Nə yaşayırsan, necə yaşayırsan yaşa, amma əsla özün güləsən deyə kimsəni ağlatma. Və əsla öz xeyrinə sahib olmaq üçün kimsəni satma".

Qeyd edək ki, V.Əlizadənin keçmiş həyat yoldaşı aparıcı Azər İsmayılovun bu axşam baş tutacaq toy mərasimi Xırdalanda yerləşən şadlıq saraylarından birində keçiriləcək.

 A.İsmayılov Vüsalə Əlizadə ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb. Onların bu evlilikdən Dilək adlı qız övladı var.






Fikirlər