Evli aparıcı Azər İsmayılov: Biz Pərvin ilə illərin sevgilisiyik - FOTO
Son günlər qalmaqalla gündəmə gələn aktrisa Pərvin Abıyeva ilə ATV-nin tanınmış aparıcısı Azər Zahidin məşhur fotosessiyası yenə gündəmə gəlib. AzerTaym.az day.az-a istinadən məşhurların atv.az-da yayımlanan müsahibəsini təqdim edirik: Müəllif: Bildiyimə görə, ilk dəfə tanış oldunuz... Azər sözümü kəsir: Yox, yox biz illərin sevgilisiyik (gülür-red) Pərvin: Sən Allah, məni işə salmayın sevgilim var (gülür-red). Əslində, Azərlə bir neçə dəfə üzləşmişik, uzaqdan bir-birimizi tanıyırdıq. Müəllif: Fotossesiyadan sonra bir-biriniz barədə təəssüratınız necə oldu? Pərvin: Əyləncəli (gülür-red). Bir saatlıq çəkiliş oldu, hələlik super keçdi, bayaqdan söhbət edirik. Müəllif: Hiss olunur... Müsahibəyə gəlmirsiz bayaqdan, şirin olasız (gülürük-red). Azər: Qəşəng siqnallar var idi, ay Pərvin. Bu gün inanın hər cür siqnal eşitdik (gülürlər-red). Müəllif: Belə çıxır ki, kompleksli insan deyilsiz? Azər: Eh... Get, silikon elətdir... (əsəbi-red). Pərvin: Yox, heç vaxt elətdirmərəm. Adicə qolumda iz var, mənə deyirlər, əməliyyat elətdir, deyirəm, ehtiyac yoxdu. Özümlə bağlı heç bir kompleksim yoxdu. Ancaq bir insanın gözünə diqqətlə baxa bilmirdim, o da ki, bu sənətə gələndən sonra düzəldi. Azər: Küçədə adımı qışqıranda "Aaa, Azər" deyəndə əsəbiləşirəm. Hətta birini vurmuşam da. Tanıdın, nə gərək var, elə qışqırmağa? Kompleks demək olarsa, bu məni qıcıqlandırır. Müəllif: Həyatdakı rolunuz? Azər müdaxilə edir: Əfruzə, bunu saxla bir dəqiqə, (diktafona əlini uzadır, təbii ki, mən diktafonu söndürmürəm) ay Pərvin, bu vaxta kimi nə xeyir iş görmüsən? Pərvin: Yaşımdan qat-qat artıq. Elədiyim şeyləri demək düz çıxmaz. Amma mən bunu həm Allah qarşısında savab olsun, həm də ki, vicdanım rahat olsun deyə edirəm. Azər: Daim çalışmaq, pul qazanmaq... Həyatdakı rolum önəmli şəxsiyyət olmaqdı. Müəllif: Gündəmdə qalmaq üçün nə edirsiniz? Azər: Heç bir şey etmirəm. Mən tanınmaq üçün TV-da işləmirəm, TV, sadəcə, mənim üçün biznesimi inkişaf elətdirmək üçün bir qapıdır. Müəllif: Amma reallıqdır ki, bu gün qalmaqal edib, gündəmə gələnlər də çoxdur... Azər: Qalmaqal edib gündəmdə qalanları qəbul etmirəm. Elə yaxşı layihə et ki, qoy hamı səndən danışsın... Pərvin: O qədər paxıl insanlar var ki, olmayan şeyləri danışıb, qalmaqal yaratmaqla, gündəmə gəlməyi düşünürlər. Bəzi aktrisalar, mən heç onları aktrisa kimi də qəbul etmirəm, var ki, haqqımda nələr deyiblər. Eşidib, şoka düşmüşəm, zülm-zülm ağlamışam. Axı niyə, mən sənə nə pislik etmişəm, deyə düşünmüşəm. Mən həmin kəslərlə qanlı-bıçaq düşmənəm. Amma olanlar bizim ikimiz arasındadır. Mən bunu efirdə demərəm. Müəllif: Nələr deyiblər, məsələn ki, səni elə zülm-zülm ağladıblar? Pərvin: Mən onun evini tanımamışam, amma o mənim evimdən çıxmayıb. Anam öz əlləri ilə ona yemək hazırlayıb, bir süfrə arxasında çörək kəsmişik. Onlar isə haqqımda nalayiq danışıblar. Nankorluq məni çox incidir. Müəllif: Aktrisaların açıq-saçıq geyimi niyə qəbul olunmur? Pərvin: Çünki bu sənət bizdə tam inkişaf etməyib. Müəllif: Azər, siz aparıcı, aktrisa, müğənnilərin çılpaq şəkildə və ya açıq-saçıq geyinməsini qəbul edirsinizmi? Müəllif: Keçək şəxsi həyata... Pərvin və Azər hər ikinizin haqqınızda müəyyən məlumatım var. Bilirəm ki, Pərvin nişanlısından ayrılıb, siz də artıq bir neçə ildir ki, boşanmısınız. İkinci bahara necə baxırsınız ? Pərvin: İkinci, üçüncü, dördüncü, beşinci, yəni, sonsuza qədər olan baharlara da hətta əla baxıram (gülürlər-red). İnsansan da, vallah, başına çox şey gələ bilər. Mənim üçün hər zaman belə olub, bir sözüm var: gələn gedəni unutdurur. Müəllif: Ay Pərvin, indiki gələn gedəni unutdurub? Azər: Ay Pərvin, sən bir qərara gəl, sevirsən, ya yox, bilək də bir biz... (zarafat) Azər: Yəqin populyarlığına görə qayıdıb, gəlib. Pərvin: Yox, mən onu axtarıb tapdım. Müəllif: Deməli, gələnlər gedəni unutdura bilməyibmiş... Müəllif: Azər, gözlənilir ikinci dəfə evlənəsiz? Müəllif: Evlənəcəyiniz insan məşhur birimi olacaq yoxsa? Müəllif: Yəni, Pərvinin şansı yoxdu ? Azər gülür: Pərvinə vurulmuşam. Özü də ki, Pərvin televiziyada deyil axı, kinolardadır. Zarafat edirəm, təbii ki, sadəcə, mənim sahəmdən xəbəri olmayan bir xanımla evlənəcəm. Xəbərsiz olsun, amma ovcumun içində saxlaram həmin qızı... Müəllif: Görürəm, sevgi məsələlərində mütəxəssissiniz. Ayrılıqda ən çox kişi, ya qadın zərbə alır? Azər: Pərvin, sən Allah, sənin üçün sevgi nədir? Müəllif: Yaxşı, Pərvin, həmin sualı mən sənə ünvanlayıram, sevgi nədir sənin üçün? Azər: Sevgi boş şeydi. Pərvin: Mənim həyatımda mütləq kimsə olmalıdı. Olmasa, ürəyim partlayar. Sevgi mənim üçün önəmlidi, vacibdi. Azər: Olum da mən. Ölmüşəm bəyəm? (gülürlər-red) Pərvin: Heç belə əyləncəli, maraqlı müsahibəm olmamışdı. Şəxsən olub ki, məni sevən adam xəstəliyə düşüb, bildin Azər? Azər: Pərvin, sən Allah, bəsdi. Yox, bir xəstəlik... Nə xəstəliyə düşə bilər ki, kişi ? Pərvin: İflic, "rak", dəli olanlar da görmüşəm... Azər sözünü kəsir: Ay Niko (fotoqrafımızı səsləyir-red) bura gəl, gör, Pərvin nə danışır. Kişiləri təkləyiblər. Niko: Siz Allah müsahibəni tez bitirin, fotossesiyanı davam edək, məni söhbətinizə qatmayın (gülür-red) Pərvin: Mən şəxsən heç vaxt ağlamayan bir insanı ağlatmışam. Azər: Hisslərinə yenilib, insandı ağlayıb da... Qəribə qızsan aaa.... Müəllif: Pərvin, necə eqolu insansınız. Pərvin: Vallah mən sadə insanam, əslində... (gülür-red). Müəllif: Sonuncu sualmı da verim, gedin studiyada fotosessiyanızı davam edin. Xoşbəxt olmaq üçün insana nə lazımdı? Pərvin: Azər tam düz dedi. Pul çox önəmlidir. Nə vaxta kimi insan dözə bilər? Sevgi də, pul da vacibdi.
Azər: Çox yaxşı.
Pərvin: Çəkilişdə dondum. Küçənin ortasında soyuq hava... Heç olmasa, indi bir az dincələk.
Pərvin: Kompleksim yoxdu. Amma son vaxtlar dodaqlarıma kompleksim yaranıb. Deyirlər, çox nazikdi.
Pərvin: Xeyirli övlad, xeyirli insan olmaq. Mən ailəm üçün canımı verə bilən insanam.
Pərvin: Qarışqa kimi işləyirəm. İş olmayanda depressiyaya düşürəm. Çox iş olanda da deyirəm, öldüm, yoruldum, dincələcəm.
Pərvin: Mən elə şeyə yaxşı baxmıram. Əvvəllər baxırdım ki, televiziyada hərə çıxıb, bir-birini biabır edir, söz atır. Düşünürdüm ki, bunlar niyə dava edirlər?
Azər: Bəli. Çünki onlar sənətdədirlər. Sənətçilərimizin elə geyiminə çox yaxşı baxıram. Deyirik, şou-biznes... Şou yaradırlar ki, fərqli görünsünlər, diqqət cəlb etsinlər.
Pərvin: Mənim indiki sevgim çox qəribə bir şeydi.
Pərvin: Sevirəm. Lap əvvəlki sevgilim idi, indi həyatıma qayıtdı.
Pərvin: Yox, onunla heç nə yaşamamışdıq (gülür-red).
Azər: Pərvin xanıma göz-qaş etmişəm. Üzük də hazırdı... (gülür-red). Yaxşı, zarafatı qoyaq kənara... Əlbəttə, gözlənilir. Çox tezliklə. Sadəcə, namizəd yoxdu. Axtarıram hələ...
Azər: Yox, mən, ümumiyyətlə, TV sahəsindən uzağam.
Pərvin gülür: Heç Azərin şansı var ki, Pərvinin də şansı olsun (gülür-red).
Pərvin: Mən düşünürdüm ki, ən çox qadınlar əzab çəkir. Amma əslində, kişilərin həsasslığını görmüşəm. Hətta qadından ötrü xəstəliyə düşən, əzab çəkənləri də olur...
Pərvin: Siz jurnalist deyilsiniz, sizin sualınıza cavab vermirəm.
Pərvin: Sevgi...( düşünür-red)
Azər: Eqo təpikləyir (gülür-red).
Azər: Hər şey. Çoxu deyir ki, xoşbəxtlik pul deyil. Pulun olanda dünyanın ən xoşbəxt və yaxşı insanısan. Pulun olmadı, sən heç kimsən və ətrafındakılar da yoxdu. Ancaq elə insan var ki, pulu yoxdu, elə hörməti var ... Hörməti pulu əvəzləyib.