Məlum olduğu kimi bu gün Hindistanın məşhur aktyoru Avinaş Saçdevinin imza günü və fanatları ilə görüşü keçirilib
Musavat.com bildirir ki, tədbirdən sonra aktyor media nümayəndələri ilə ayrıca görüşərək, onların suallarını cavablandırıb:
- Fanatlarınızla görüşünüzdə hansı hissləri keçirdiz?
- Mən hər kəsə, xüsusən də Tənzilə xanıma çox təşəkkür edirəm. Yəni, bu qədər sevgi qarşısında sözüm yoxdur.
- Bəs belə bir tədbir Hindistanda olmuşdu?
- Bəli. Amma sanki burada, Azərbaycanda sevginin partlayışı idi.
- Siz bunu gözləyirdizmi?
- Bəli, gözləyirdim və ürəyim cuşa gəldi. Bundan əvvəl məni bir sual düşündürürdü, “Azərbaycan məni sevir?”. Bəli, gördüm ki, sevir.
- Gələcəkdə yenidən Azərbaycana gəlməyi düşünürsüzmü?
Bəli, Azərbaycana mütləq qayıdacam, tətil məqsədi ilə. Və Azərbaycanı kəşf edəcəm.
- Bəs iş məqsədi ilə?
- Əlbəttə. Azərbaycan və türk dilini də öyrənməyi düşünürəm.
Sonda Bollivud ulduzu Azərbaycan dilində “Salam Azərbaycan, salam Bakı” deyərək jurnalistlərlə görüşünü bitirib.
AzerTaym.az