Faiq Ağayev 300 min manat XƏRCƏ DÜŞDÜ - AÇIQLAMA (VİDEO)

Faiq Ağayev 300 min manat XƏRCƏ DÜŞDÜ - AÇIQLAMA (VİDEO)

Xalq artisti Faiq Ağayev “ATV maqazin onlarla” verilişinə açıqlama verib.

Publika.az xəbər verir ki, o, ötən günlərdə baş verən konsert qalmaqalı ilə bağlı yenidən danışıb.

F.Ağayev ən çox konsert verən ifaçının özü olduğunu açıqlayıb: “Konsert başqa bir təcrübədir. 1990-cı illərdən bu yana həmyaşıdlarım arasında ən çox konsert verən müğənniyəm. Çox məşəqqətlidir, maliyyə lazımdır. Yatırım etməlisən. Nüfuz sahibi olmalısan ki, hansısa şirkət pulu sənə versin.

Son konsertimin maliyyə dəyəri fikirləşdik 250 min olacaq. Amma 300 min oldu. Bu məbləği bilet satışından ödəmirik. Biletin pulu konsertdən sonra götürülür. Tamaşaçının cibinin hesabına konsert verməmişəm. Biletin qiyməti 300 manat olsa, kim gələrdi? Etdim 20 manatdan 60 manata kimi, birinci sırada oturmaq üçün 60 manatı kim ödəməz ki?”.

 






Fikirlər