VÜSALƏ özündən çıxdı: "Onun ARVADININ nömrəsini tapıb qonşulara paylasam XOŞUNA GƏLƏR?"

Aparıcı Vüsalə Kərimova gözlənilməz hadisə ilə qarşılaşıb. 

BAKU.WS-in məlumatına görə, aparıcı mobil nömrəsinin icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılmasına sərt reaksiya verib: 

"Səhərə gözümü belə bir xəbərlə açmışam. Bu nədir? "AzərSu"nun Mahir adlı əməkdaşı çoxbilmişliyindən, özünə əziyyət vermək istəmədiyindən su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət whatsapp qrupu yaradıb?! Belə şey görmüşdüz

Adama deyərlər sən kim olmusan ki, mənim nömrəmi 300 evlik binanın whatsapp qrupuna yazırsan? Bu haqqı sənə kim verdi? Bunun mahiyyətini anlayırsan? İzləməmdə olan suya aidiyyatı olanlar, jurnalist həmkarlarım, hüquqşünaslar bəlkə siz bilirsiz bu Su İdarəsinin işçisi bəlkə haqlıdı, bəlkə ixtiyarı var mənim nömrəmi paylamağa mənim xəbərim yoxdu?? 

P.S. Onu da deyim ki, bu Mahir hər kimdisə işdən azad olunmağı artıq məni zərrə qədər də narahat eləmir! O mənim nömrəmi el aləmə paylayanda narahat olmadığı kimi! Görəsən Mahirin arvadının nömrəsini tapıb qonşulara paylasam bu qeyrət dağarcığının xoşuna gələr?"






Fikirlər