"Artıq qızım atası ilə görüşmək istəmir"
Fatimə Fətəliyeva ilk evliliyindən danışıb.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, “Qonaq gəl bizə” verilişinə qonaq olan rəqqasə qızı Fidandan söhbət açıb.
"Kiçik yaşlarımdan rəqslə məşğul olmuşam. Ailə qurduqdan sonra rəqsi atıb ailəmi seçdim. O illər barədə danışmaq belə istəmirəm. Çox çətin vaxtlar idi.
Ayrılıqdan sonra mən tərəfdən heç vaxt barışıq addımı olmayıb. Mən tanınmış olandan sonra qarşı tərəf də fikrindən yayındı.
Qızımı anam böyüdüb. Onun tərbiyəsi ilə boya-başa çatıb. Atası ilə görüşmür. Artıq görüşmək belə istəmir".