KƏRİMDƏN TƏRANƏYƏ ŞOK SÖZLƏR: "SEVGİLİNİN ananı bıçaqlamağı..."

Kərimdən Təranəyə şok sözlər: "Sevgilinin ananı bıçaqlamağı..."

"Qüsur? Səmədova, (prodüser Təranə Səmədova - red.) hansı qüsurdan danışırsan? Sənin qüsurlarını saymaqla bitməz: polislərə içkili halda tutulanda qurşaqdan aşağı danışan kim idi, qadın? Maqazin proqramında 7 yaşlı qiz övladının yanında sevgililərinin adını tutub eşq yaşadığını bəyan edən qadın, heç qızından utandınmı? Məktəbə gedən qızınınm hansı təpkilərlə qarşılaşacağını düşündümü? İnsan alverində əli olan insan hansı qüsurdan danışırsan?".

Bu sözləri müğənni Kərim Abbasov prodüser Təranə Səmədovanın ünvanına yazıb. Bir vaxtlar Təranə ilə ailəli olan və qalmaqallı şəkildə boşanan sənətçi onun ünvanına təhqirlər səsləndirib.

T.Səmədovanın müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun 1 saylı köpələr evinin baş həkimi Nəhayət Əliyeva haqqında dediklərinə münasibət bildirməsi Kərimi özündən çıxarıb. O, Təranənin "Aysun anasının qüsurlarını çəkib göstərsin" sözlərinə sərt reaksiya verib. K.Abbasov Səmədovayla bağlı şok sözlər işlədib:

"Atasız uşağı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq, budurmu alqışa layiq hərəkət? Ananın sevgili tərəfindən bıçaqlanmağından niyə danışmırsan, ay qüsursuz insan? Səmədova, hər halda diplomlar yadındadır. Bu qüsurdan niyə danışmırsan, ay cinayətkar? Səni mən tanıdığım qədər doğma anan tanımır. Heç olmasa sən danışma. Çox atdanıb düşmə. Gedib lazımi orqanlara ananla qaynatdığın zibillərdən danış. Polislərdən yalançı şahid qismində yazdığın ərizələrdən danış. Yüzlərlə insnaların haqqına girməyindən danış.

Mənə görə etmədiyin və getmədiyin cadu qapısı qalmadı. Dağıtdığın evlərdən danış. Sən Allahın suyuna şər atan bəndə, niyə bundan danışmırsan. "Kərimin övladı olsa, başımı kəsəcəm" demişdi. Nə oldu, övladım oldu. Qızın dünyaya gələndə efirdə dedin ki, qoy, bu Kərimə göz dağı olsun. Ay Səmədova, mənim isə oğlum oldu. Bu da sənə göz dağı olsun.

Yadında saxla: mənim oğlum vaxt gələcək bütün qisasımı necə lazımdır çıxacaq. İndi görüm kim göz dağı olacaq. Bu həyatda üç adama halallıq verməyəcəm: bunlardan birincisi sənsən. Allah heç kimin balasının qabağına sənin kimi şeytan çıxarmasın. Sənin yıxdığın evləri hələ fələh də yıxmayıb. Lazım olsa, lazımi orqanlara sənin etdiklərin haqda müraciət edəcəm. Ondan sonra gör nə olacaq. 10 il susdum, bəsdir. Məni əxlaqsız, şərəfsiz elədin. Mən susdum, Allaha tapşırdım. İndi baxıram sənə və deyirəm: Allah heç kimin ağlını başından almasın, necə səninkini alıb".

axşam.az






Fikirlər