“RÖYA DA oğluna müğənni QIZ ALMAYACAQ”
Əməkdar artist Röya Ayxanla müğənni Nadir Qafarzadə arasında qalmaqal baş verib. “Qafqazinfo” xəbər verir ki, Röyanın ötən həftə Nadirlə Rəqsanə İsmayılova haqqında dediyi fikirlərə qarşı tərəfdən cavab gəlib. Qafarzadə “Xəzər maqazin”ə açıqlamasında bildirib ki, Röya da oğluna müğənni qız almayacaq:“Mənim subyektiv fikirlərim var və buna hörmətlə yanaşmalıdırlar. Röyanın özü bilir ki, həyatda belə şeylər var. Onun adını çəkməmişəm, amma bir çoxları bu yolla sənətdə olublar, danmaq olmaz. Biz kimi aldadırıq? Tamaşaçı hər şeyi yaxşı bilir. Bu məsələnin kökü uzun müddət əvvələ dayanır. Dırnaqarası sponsorlar var. Nə qədər ki, sənət var, belə də davam edəcək. Mən istəmərəm ki, gəlinim müğənni olsun. Elə düşünürəm ki, Röya da oğluna müğənni qız almayacaq. Çünki o, istəməz ki, öz çəkdiklərini oğlu və gəlini çəksin. Qeyd edək ki, Röya açıqlamasında Nadirin “Oğluma müğənni qız almaram” fikrinə sərt reaksiya vermişdi: “İnciməsinlər, insanlar Rəqsanənin (Rəqsanə İsmayilova), yoxsa Nadirin (Nadir Qafarzadə) sözləri ilə belə nəticəyə gəliblər? Hərənin öz yeri var. Bizim sənəti yerə vurmasınlar. Deməli, mən pis təkliflərə görə Röya olmuşam? Gic-gic danışırlar”.