"Kutsi ilə heç vaxt barışmaram"

"Kutsi ilə heç vaxt barışmaram"

Müğənni Kutsi 2012-ci ildə "Huzur sokağı" serialında başlayan münasibətinə ötən ay son qoyub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının keçmiş sevgilisi Feyza Çıpa alış-veriş mərkəzində obyektivlərə tuş gəlib. Aktrisa rəfiqəsi ilə görüşüb, nahar edib.

Yeni layihəsi üçün dostu ilə bir araya gəldiyini deyən 35 yaşlı aktrisa karantin ərəfəsinin onun üçün çətin olduğunu bildirib.

 

Çıpa Kutsi ilə ayrılması haqda suallara "Ayrılıqdan danışmaq istəmirəm. Xəyanət olmayıb. Onunla bir daha bir araya gəlməyəcəyik. Məsələ ilə bağlı son sözümü dedim. barışmağı düşünmürəm" deyə, cavab verib.






Fikirlər