"Rza Zərrabla birgə külli miqdarda vergidən yayınıblar"

Türkiyənin ən məşhur menecerlərindən biri hesab edilən Haluk Şəntürk haqqında qalmaqallı iddia ortaya atılıb.
"Rza Zərrabla birgə külli miqdarda vergidən yayınıblar"
Azertaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bülənt Ərsoy, Dəmət Akalın, Hadisə, Aşkın Nur Yengi, Tuğba Özerk, Yıldız Tilbe, Ceylan, Rober Hatemo kimi sənətçilərlə çalışan Halukun külli miqdarda vergidən yayındığı bildirilir. Bu barədə H. Şəntürkün işdən çıxarılmış köməkçisi məlumat yayıb:

"Halukun Rza Zərrabla yaxın əlaqələri var. Onları şirkətin əməkdaşlıq etdiyi bütün müğənnilərlə pul əməliyyatları qeyri-rəsmi şəkildə aparılır. Böyük məbləğdə vergidən yayınıblar. Bu hallar konsertlərdə daha çox baş verir, xüsusən, xarici ölkələrdə baş tutan konsertləri misal gətirə bilərəm. Saxta imzalar, saxta vizalar və daha nələr... Şirkətdə çox sayda müğənni yalan vədlər verilərək aldadılıb. İşçilərə qarşı da eyni münasibət var. Mən Halukun assistenti olsam da, sürücü kimi qeydə alınmışam. Əlimdə hər şeyi isbatlayan sənədlər var. Bunların hamısını lazımi instansiyalara çatdırmışam".

Qeyd edək ki, iş adamı Rza Zərrab bir neçə gün əvvəl Türkiyədə aparılan rüşvət əməliyyatında polis tərəfindən saxlanılan şəxslər arasında olub.






Fikirlər